10-06-2016 [14:44]
"Ermənistan özünə strateji tərəfdaş, dost hesab etdiyi istənilən dövlətlə öz hava məkanı, yəni 28 min kvadrat kilometrlik hava ərazisi üzərində Raket Əleyhinə Müdafiə Sistemi qura bilər və ölkəmiz bundan narahat deyil. Lakin indiki reallıqda Rusiya Ermənistanı havadan qorumaq istəyərkən təhlükənin Azərbaycandan qaynaqlandığını düşünmək qətiyyən doğru olmazdı”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında saziş imzalamasını teleqraf-a şərh edərkən belə deyib.
Deputat qeyd edib ki, Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalmasına baxmayaraq, biz müharibəni hazırkı reallıqda məhz Qarabağda və digər işğal olunmuş torpaqlarımızda aparırıq. Lakin bununla bərabər bəzən Qazax-Tovuz ərazisindən, eyni zamanda Naxçıvandan bu təhlükələr müxtəlif dövrlərdə hiss olunub: "Ermənistanla bütün sərhəd zolağı boyunca təhlükə proporsional paylanmayıb. Bəzi yerdə onlar hərbi-taktiki cəhətdən bizim gücümüzü özlərinə qarşı yönəltmək üçün daha böyük təxribatlar törədib, Azərbaycanın hərbi imkanlarını parçalamağı hədəfləyiblər”.
Müsahibimiz bildirib ki, Gümrü və onun istehkamlarının başlıca hədəfinin Qərbə qarşı olduğunu açıq demək lazımdır: "Ermənilər zamanla düşünürdülər ki, bu hərbi baza onların müdafiəsi üçün ən yaxşı çətirdi. İndi isə əksinə, qiymətləndirənlər var ki, bu, öz-özlüyündə təhlükəsizlik amilindən çox təhlükə faktoruna çevrilib. Çünki bir çoxları hesab edir ki, Ermənistan bir cinah kimi səngərə çevrilirsə, o, Rusiyanın oradakı bazasına görə Qərbin və Türkiyənin istənilən vaxt hücumunun əsas hədəfinə tuş gələ bilər. Ona görə də heç şübhəsiz ki, burada Rusiya tərəfinin başlıca niyyəti Ermənistan üzərindən öz mənafelərini Qafqazda qoruyub saxlamaqdır. Bu da başadüşüləndir. Azərbaycan bu mövqedən ötrü rəsmi Moskva ilə münasibətlərini qətiyyən korlamayıb. Biz dəfələrlə bəyan etmişik ki, müharibəni İrəvanda aparmaq istəmirik.
Hətta, Qarabağ erməniləri də yaşadıqları ərazilərdə öz yaşayışlarına davam edə bilərlər. Ancaq Ermənistan əsgəri gəlib Laçında, Cəbrayılda, Füzulidə özünə hansısa bir səngər qazacaqsa, bu, mütləq onun üçün qəbir yerinə də çevriləcək. Belə olan təqdirdə Qarabağı hər hansı bir şərtlə Ermənistanın hava məkanının tərkib hissəsinə çevirmək də cinayət olardı. Düzdür, coğrafiyalar üzərində tankları, topları yerləşdirmək olur. Amma hava məkanında səngər qazmaq mümkün deyil.
Ona görə də düşünürəm ki, Azərbaycan istənilən şəraitdə vaxtilə Xocalıda tikilmiş hava limanının işləməsinə, onun Ermənistanla digər əlaqələrinin qurulmasına, həmin təyyarələr vasitəsilə ora müxtəlif yüklərin daşınmasına və sair məsələlərə kəskin etirazını bildirməlidir. Bugünki reallıqda da Türkiyə-Azərbaycan əlaqələri də o səviyyədədir ki, bizim üçün hazırkı dövrdə əsas hədəf Ermənistanın hava məkanından daha çox Qarabağdır. Müharibənin aparılmasının dəqiqi hədəfləri, məkanı bəllidir. Azərbaycanı hansısa provokasiyaya çəkmələrinə baxmayaraq bu gün Ermənistan özü belə dərk edir ki, öz səmasını Rusiyaya təslim etməklə artıq Ermənistanın göyləri də tutulmaqdadır.
Ermənistanın faktiki olaraq yer məkanında onsuz da əlindən vermədiyi bir mühüm strateji obyekti qalmamışdı. Hesab edirəm ki, bu, hazırkı Rusiya-Azərbaycan münasibətləri kontekstində bizim əleyhimizə işləmir. Mən anlayıram ki, ölkəmizdə Rusiyanın keçmiş siyasətlərinə görə hər bir şəkildə hər zaman bu addımlardan ehtiyatlılığımızı nümayiş etdirmişik. Lakin bir daha vurğulamaq yerinə düşər ki, bu gün ən önəmli məsələ Rusiya tərəfindən Qarabağ məsələsində obyektiv, müəyyən qədər neytral, balanslı bir mövqenin tutulmasıdır. Bu da erməniləri hiddətləndirib. Ona görə də biz müharibəni onların göylərində aparmazdan öncə Qarabağı öz nəzarətimizə qaytarmaq istəyirik”.
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)