"Telefonumun kreditini hələ də ödəyirəm" - Patiya sədri

img

09-06-2016 [15:11]


"Saakaşvili kimi çadır qurub küçədə yaşayacam. İndi həm çadır axtarıram, həm də qalacağım küçəni. Çünki kirayədə qalıram, vəziyyətim yaxşı deyil”.
Bu barədə Publika.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Onun sözlərinə görə, sürdüyü maşının kreditini yenicə qurtarıb: "Telefonumun kreditini hələ də ödəyirəm. Mən belə vəziyyətdə olduğum halda, AXCP sədri Əli Kərimli siyasi mühacir olmaq istəyənlərə 3000 avroya arayış satır. Fikrət Hüseynli ilə birləşib özlərinə biznes qurublar. Halbuki, bu cinayət əməlidir və hüquq mühafizə orqanları bu məsələni dərhal araşdırmalıdır. Amma ona gözün üstə qaşın var deyən yoxdur. Çünki yüksək səviyyəli məmurlardan biri onu müdafiə edir. Onun adını açıqlamıram, lakin Əbülfəz Elçibəyin öldürülməsi ilə bağlı məsələni qaldıranda prokuror mənə dedi ki, sübutlar var, amma Əli Kərimlini həbs edə bilmirik. Filankəs ona toxunmamağı tapşırıb”.

H. Hacıyev əlavə edib ki, "Meydan TV” layihəsində də Əli Kərimlini kimin müdafiə etdiyini bilir. "Məqsəd dövlətimizə qarşı oyunlar oynamaq, imicini zədələməkdir. Bu gün Qərbin Azərbaycana qarşı insan haqları təzyiqinin də arxasında ölkə daxilindəki bu şəbəkə dayanır. Almaniya qondarma "erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etdi, indi də Çexiya qəbul etmək istəyir. Əslində, Avropanın bu siyasətinin hədəfində həm də Azərbaycan var. Mən həmişə Prezidenti müdafiə etmişəm. O vaxt Cəmil Həsənlini efirdə hökumətin üzərinə qızışdıranlar da bu şəbəkə idi. Mən onda Cəmil Həsənlinin başına butulka atdım. Bəziləri mənə dedi ki, lazım deyildi. Bəziləri isə buna görə mənə təzyiq etdi. Amma mən bunu etməyə yenə hazıram, əgər Cəmil Həsənli yenə şər-böhtan danışsa, butulkanı onun və onun arxasında dayananların başına vuracam”, - deyə o bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA