Çexiyadan Türkiyəyə ağır zərbə - Prezidentdən qondarma soyqırımı hədəsi gəldi

img

08-06-2016 [18:09]


Almaniyanın ardınca Çexiya da "erməni soyqırımını” tanıya bilər.

Mia.az politoloq Elxan Şahinoğluna istinadən xəbər verir ki, bu haqda Çexiya prezidenti Miloş Zeman Ermənistana səfəri zamanı deyib.

Miloş Zeman erməni həmkarı Serj Sərkisyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, o "erməni soyqırımının” tanınması məqsədilə Çexiya parlamentinə müraciət edəcək:

"Miloş Zeman onu da xatırladıb ki, o Serj Sərkisyanı iki il əvvəl Praqada qəbul edərkən də "soyqırımın” tanınması məsələsinə müsbət yanaşıb. Maraqlıdır ki, Almaniya parlamenti də Serj Sərkisyanın Berlinə səfərindən az sonra "erməni soyqırımını” tanıya qətnamə qəbul edib. Əlbəttə, bu, Ermənistan prezidentinin gücünü göstərmir, sadəcə, Avropa ölkələri erməni məsələsindən öz məqsədləri üçün istifadə edir, "erməni soyqırımını” tanımaq yolu ilə Türkiyənin Avropa İttifaqına yolunu bağlamaq istəyirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA