"PKK Avropa ölkələrində, o cümlədən Almaniyada dərin kök salıb" - Ekspertdən bugünkü terrora reaksiya

img

08-06-2016 [13:18]


"PKK bu gün də Mardində partlayış törətdi. Aqoniya içindədirlər. Əvvəl hərbçləri və polisləri qətlə yetirirdilər, indi mülki vətəndaşları – yaşlıları, qadınları və uşaqları hədəf alıblar".

Mia.az xəbər verir ki, bu sözləri "Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, hələ bir yekə-yekə "kürdlərin azadlığı uğrunda” savaşdıqlarını deyirlər:

"PKK onlarla razılaşmayan kürdləri də öldürür, gecəikən evlərindən oğurlayırlar. Qətliamlar həyata keçirən PKK Avropa ölkələrində, o cümlədən Almaniyada dərin kök salıb. Əlbəttə Avropa ölkələri PKK-ya birbaşa silah və sursat vermirlər. Ancaq elə PKK-nın Almaniyada topladığı xərac həmin silahların alınmasına və həmin silahlar vasitəsilə mülki insanların qətliamına yönəlib. Türkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq "vur və qaç” taksikasına keçiblər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA