Hərbi xidmətə çağırışla bağlı dəyişiklik Milli Məclisdə - Möhlət hüququ müzakirə olunacaq

img

07-06-2016 [12:39]


Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan "Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Parlamentdən verilən məlumata görə, iclasda komitə sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib.
Layihəyə əsasən, qanunun 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, magistr və doktorantlara da hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA