MSK iclas: şikayətlərə baxıldı, qərar və aktlara dəyişiklik edildi

img

03-06-2016 [18:06]


Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, əvvəlcə Komissiyanın 26 may 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib.

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə səsvermə prosesində veb-kameralardan istifadə məsələsi də iclasda müzakirə edilib. Komissiya seçki günü səsvermə məntəqələrindən kənarda da proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə seçki dairəsi üzrə 10 məntəqədə (seçki məntəqələrinin 25 faizində) veb-kamera quraşdırılmasına qərar verib.

İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklik edilib.

Komissiyanın iclasında 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Ərizəçilərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA