Lalə Şövkət bəyanat verdi: "Siyasi və hüquqi baxımdan yanlış bir qərar qəbul edilib"

img

03-06-2016 [12:14]


"Almaniya Bundestaqın qondarma "erməni soyqırımını” tanınması haqqında 2 iyun 2016-cı il tarixli qətnaməsi bizi məyus etdi. Alman parlamentinin bu addımını qəbuledilməz, ədalətsiz siyasi aksiya kimi dəyərləndiririk".

Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin bəyanatında yer alıb.

Bəyanatda daha sonra deyilir:

"Təəssüf edirik ki, Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniya, erməni təbliğatına uyaraq, tarixə və faktlara əsaslanmayan siyasi və hüquqi baxımdan yanlış bir qərar qəbul edib. Regionda olan indiki həssas geosiyasi dövrdə alman hakimiyyəti bu məsələyə ehtiyatla və məsuliyyətlə yanaşmalı idi.

Bu səhv qərarın həm Türkiyə, həm Azərbaycan cəmiyyətlərinin Almaniyaya olan münasibətinə arzuolunmaz xələl gətirə biləcəyi bizdə narahatçılıq doğurur.

Ümid edirik ki, bu yanlış addım Türkiyə-Almaniya müttəfiqlik münasibətlərini bərpa olunmaz vəziyyətə salmayacaq". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA