Türkiyə Almaniyadakı səfirini geri çağırdı

img

02-06-2016 [15:50]


Almaniya Bundestaqının 1915-ci il hadisələrini soyqırım olaraq tanımasına Türkiyədən ilk reaksiya gecikmədi.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Yasin Aktay sözügedən qətnamə ilə bağlı hökumətin ilk reaksiyanı açıqlayıb.

Məlumata görə, Y.Aktay layihənin təsdiqlənməsinin Türkiyə-Almaniya münasibətlərinə ciddi zərər verdiyini vurğulayıb.

Son məlumata görə, Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Qarslıoğlunu Ankaraya çağırıb.

Qeyd edək ki, Türkiyənin sərt şəkildə etiraz etdiyi qanun layihəsinin təsdiq olunduğu iclasa Almaniya kansleri Angela Merkel qatilmayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA