TQDK sınaq imtahanının nəticələrini aprelin 8-də elan edəcək

img

05-04-2010 [12:22]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) aprelin 4-də keçirdiyi sınaq imtahanlarının nəticələri aprelin 8-də qurumun rəsmi internet saytında yerləşdiriləcək. TQDK-nın mətbuat xidmətindən Müstəqil Informasiya Agentliyinə verilən məlumata görə, respublikanın 28 şəhər və rayonunda 35 binada keçirilmiş imtahanda iştirak etmək üçün 31538 abituriyent qeydiyyatdan keçib, prosesin idarə olunmasına 123 imtahan rəhbəri, 1039 nəzarətçi-müəllim cəlb olunub. Nəzarətçi kimi sınaq imtahanında iştirak edən orta ümumtəhsil məktəblərinin müəllimləri nəzarətçilər üçün keçirilən seminarlar-məşğələlərdə əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmək imkanı qazanıblar. Onlardan nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar. İmtahanda istifadə olunmuş sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb, orta məktəb dərslikləri və qəbul imtahanı proqramlarına tamamilə uyğun olub. Növbəti sınaq imtahanı aprelin 11-də keçiriləcək. Hazırda aprelin 11-də və 18-də keçiriləcək sınaq imtahanlarına yazılış davam edir. Abituriyentlər sınaq imtahanlarına yazılarkən diqqətli olmalı və qaydalara əməl etməlidirlər. Onlar imtahan tarixini, imtahanın keçiriləcəyi bölgəni, yeri, imtahan verəcəkləri ixtisas qrupunu, bölməni və s. məlumatları düzgün daxil etməlidirlər. Qaydalara görə, sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar. Bununla bağlı əvvəlcədən məlumat verilməsinə baxmayaraq, aprelin 4-də keçirilmiş sınaq imtahanında bir sıra gənclərin başqasının müvafiq sənədindən istifadə etməklə imtahana yazıldığı məlum olub. Həmin abituriyentlər imtahana buraxılmayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:51 06.05.2025

Unun qiyməti sabit qalıb