"Siz seçiminizi etdiniz, biz isə oranı istəmirik" - Gürcü nazirdən ermənilərə xəbərdarlıq

img

16-05-2016 [14:57]


"Ermənistanın seçimi bizim İrəvanla əməkdaşlığımızın səviyyəsini müəyyən edir".

Bunu dünən Bakıda jurnalistlərə açıqlamasında Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli söyləyib. Onun sözlərinə görə, Ermənistan Gürcüstanın strateji tərəfdaşı deyil:

"Mən 2016-cı ilin yanvarında İrəvanda olanda Azərbaycan və Türkiyənin Gürcüstanın strateji partnyoru olduğunu söylədim. Gürcüstanın çoxlu tərəfdaşları və dostları var. Biz çox ölkələrlə işləyirik. Bu gün Gürcüstan üçün vacib olan regionda sülhdür. Ermənistan seçim etdi və Avrasiya İttifaqına üzv oldu. Biz ora istəmirik. Bu da bizim əməkdaşlığımızın səviyyəsini müəyyən edir. Biz strateji tərəfdaş olmayan dost ölkələrik”.

Axar.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA