3 nazirdən mühüm razılaşma – Neft və qaz kəmərlərinin təhlükəsizliyi birgə qorunacaq

img

16-05-2016 [11:45]


"Neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin olunması məsələsini müzakirə etdik və razılıq əldə olundu”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

İ. Yılmaz deyib ki, bu gün üç ölkə arasında hərbi-texniki və hərbi-təhsil sahəsində əməkdaşlıq, treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, bölgədəki vəziyyətlə bağlı regional təhlükəsizlik məsələlərini, Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib və  razılıq əldə olunub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA