“Biabırçı olaya görə təhsil naziri istefa verməlidir” – Partiya sədrindən tələb

img

13-05-2016 [17:06]


«Biz baş verənlər barədə yazılanları ürək ağrısı ilə izləyirik. Görün, vəziyyət nə yerdədir ki, müəllim şagirdinin başına oyun açır».

Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, müəllimindən hamilə qalan şagirdlə bağlı məsələ Azərbaycan təhsilinin hansı vəziyyətdə olduğunu göstərdi: «Azərbaycan təhsil sisteminə normal rəhbərlik edilsəydi, məktəblərdə bu cür hadisələr olmazdı. Məktəbə direktorları, müəllimləri pulla işə götürəndə belə bir biabırçı nəticələr ortaya çıxmalı idi. Ona görə də Azərbaycanda təhsil deyilən bir şey yoxdur».

Partiya sədri təhsil naziri Mikayıl Cabbarova da mesaj göndərməyi unutmayıb: «Onun təhsildən xəbəri yoxdur, amma nazir kürsüsündə əyləşib. Kimlərəsə yaxın olmaq, yaxşı nazir olmaq demək deyil. Məktəblərdə dəqiq araşdırma aparılsa, bu cür iyrənc məsələlər çox olduğu üzə çıxar. Orta məktəblərdə, universitetlərdə çox biabırçı hadisələr baş verir. Qoruqçunu təhsil naziri qoyanda müəllim də şagirdinin başına oyun açacaq. Məktəblərdə direktorlar müəllimlərin başlarına hansı oyunlar açırlar, onu deyən yoxdur. Bu, hələ bir epizoddur. Belə faktlar yüzlərlədir. Ona görə də bunu qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, biabırçı olaya görə təhsil naziri istefa verməlidir».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA