18-05-2016 [12:39]
Ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabında əks olunan hadisələr cəmiyyətdə böyük maraqla izlənilir.
Mia.az Moderator.az-a istinadən həmin kitabdan bir parçanı da (Əvvəlini bu linkdən oxumaq olar - moderator.az/news/136805.html) təqdim edir:
*****
Novruz bayramı ərəfəsində Füzuli cəbhəsinə getmək tapşırıldı. Hərbi komissar və mən yenə tədarük görüb erkəndən yola çıxdıq. Aşağı Seyidəhmədli kəndindəki hərbi hissədə əsgərlərlə, komandirlərlə görüşdük, özümüzlə apardığımız sovqatı verdik.
Mədəniyyət işçiləri də konsert verdi. Əsgərlər arasında bir azərbaycanlı, amma Gürcüstan vətəndaşı həmişəlik yadımda qaldı. O könüllü vuruşmağa gəlmişdi. Millətin qeyrətini çəkənə vətəndaşlıq vacib deyil. Düşmən tərəfdə Amerika, Livan, Suriya və s. dövlətlərin erməni vətəndaşları vuruşurdu.
1994-cü ildə Qarabağ cəbhəsində döyüşlər əsasən Tərtər istiqamətində gedirdi. Ağdərəni geri alan düşmənin planında Dağlıq Qarabağ ətrafı bütün rayonların, o cümlədən Tərtərin də işğal edilməsi əsas şərt idi. Bunu bütün Dağlıq Qarabağ ətrafı rayonlar işğal olduqca Tərtərin başını alan təhlükəni ən birinci duyan, bilən, dərk edən elə tərtərlilər idi. Vaxtilə Ağdama getdiyim kimi hər həftə Tərtərə gedirdim. Kəndimizi, qəbiristanlığı, atamın, anamın qəbrini zyarət edir, fikirləşirdim ki, bu yerlər işğal olunsa, həyatda yaşamağın mənası qalacaqmı?
Bir dəfə də icra başçısı Sərdar Həmidovun yanına gəldim. Kabinetində bir neçə nəfər hərbçi vardı. Yaxın qohumumuz Validə xala rəhmətə getmişdi. Yasa bir yerdə getdik. Vəziyyətin reallığını soruşdum. Sərdar Həmidovun cavabı konkret oldu: ”İndiki başbilənlərə qalsa, Tərtər getməlidi. Hər şey camaatın qeyrətinə qalıb. Yaxşı ki, hələ o vaxtlar İsgəndər (qardaşı İsgəndər Həmidovu deyirdi) bura xeyli silah – sursat yığıb. O silahların hesabına hələ dayanmışıq. Tərtərlilərin vuruşmaq problemi yoxdu, itirəcək heç nələri qalmayıb, ona görə hələ vuruşurlar. Amma bu gedişlə, bizə olan bu ögey münasibətlə Tərtər də gedə bilər”.
Sərdar Həmidov bütün ziddiyyətli xarakterilə düz danışırdı.
Sonralar Heydər Əliyev Bakıda respublika müşavirəsi çağıranda Göyçayın nümayəndəsi kimi mən də iştirak edirdim. Heydər Əliyev Sərdar Həmidovu həmin iclasda vəzifədən azad etdi. Prezident Aparatındakı iclas bitəndə Sərdar Həmidova liftin qarşısında yaxınlaşıb təsəlli verdim, Tərtərin müdafiəsinə görə tərtərlilərin minnətdarlığının hər vəzifədən üstün olduğunu nəzərinə çatdırdım.
Həmin müşavirədə Nəcməddin Sadıqovla da qarşılaşdım. Harda olduğumla, rütbəmlə maraqlandı. Cavabımı eşidəndə: "Bıstro rastyoş” dedi, amma özü artıq general idi, baxmayaraq ki, 1989-cu ildə ikimiz də mayor rütbəsində idik...
1994-cü ilin mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi imzalandı. Ermənistan az qala ərazisi qədər torpaqlarımızı işğal etdi. Vətənim hələ də işğaldadı. Atəşkəs imzalananda zənn edirdim ki, tezliklə ən azı Qağlıq Qarabağ ətrafı rayonlarımız geri alınacaq, sonra Dağlıq Qarabağın özünü azad edəcəyik. 1994-cü ildən iki on illik keçib, bir qarış torpaq geri alınmayıb. Bu gedişlə bir neçə on illik də keçə bilər. Millət olaraq vətənimizi azad etmək üçün nə yuxarıdan, nə aşağıdan uğurlu sonuc verən addımı ata bilmədik. Nə aşağıdan qətiyyətli tələb var, nə yuxarıdan milləti səfərbər edib qələbəyə aparan. Qarabağla bağlı nəsil itir, bir on ildən sonra yurd yeri həsrətini çəkən qarabağlı qalmayacaq və indi ara-sıra Qarabağdan danışan da tapılmayacaq. Zəngəzur kimi, Göyçə kimi...
20 ildən çox vaxt keçib. Qarabağ şüardadı, Qarabağ xatirədədi. Neft pullarının eyforiyası kosmopolit bir cəmiyyət formalaşdırıb. Hamı varlanmaq, pullanmaq həvəsilə yaşayır. Cəmiyyətin cavanı da, yaşlısı da dövlətçilikdən, vətən hisslərindən, vətəndaşın şərəfi sayılan Qarabağdan çox-çox uzaq olan məqsədlər uğrunda gecə-gündüz baş sındırır. Boğazdan yuxarı Qarabağ deyirlər, o da o zaman ki, ordan da bir maddi xeyir tapacaqlar. Bəs vuruşanlar? Qarabağda şəhid olanlar, yaralananlar, bu gün hələ ki, sağ qalanlar? Onlar nə etsinlər? 1994-cü ildən sonra bir xeyli Qarabağ döyüşçüsü də imkansızlıqdan, xəstəlikdən, yaralarından, dərddən dünyasını dəyişib. Həyatın amansızlığına, onlara qarşı haqsızlığa dözməyib intihar edənlər də, özlərinə od vurub yandıranlar da oldu.
Ordumuzun tanıdığım zabitlərilə hərdən söhbətlərim olur.Yüksək hazırlıq və əhval-ruhiyyə hiss olunur, amma hələ ki, bu gücü Qarabağ cəbhəsində reallaşdırmaq üçün tarixi şəraitin yetişmədiyini deyirlər. Rusiyanın imkan vermədiyini, daim təzyiq edildiyini təəssüflə vurğulayırlar. Bu nə vaxta qədər davam edəcək? Siyasi iradə və qətiyət xalqı da, ordumuzu da səfərbər edə bilər. Diplomatiyamızın kəsəri artmalıdır. Ölkə dünya qarşısında imicini yaxşılaşdırmaq üçün bütün beynəlxalq təşkilatların hesabatlarında sonuncu yerdə olmanın səbəblərini aradan qaldırmalı, siyasi, iqtisadi islahatlara başlamalıdı. Bu sonuncu yerlərdə bərqərar olmağımız düşmənə fürsət verir ki, bizi təcrid dövlətinə çevirib sanksiyalar tətbiq etdirsin, birgə yaşamın qeyri-mümkünlüyünü göstərsinlər, onsuz da özlərini əzabkeş obrazında təqdim edən düşmənə əlavə imkan vermək olmaz. Erməni liderlərin siyasəti budur ki, Azərbaycanı elə tanıtmalıdırlar ki, dünya Dağlıq Qarabağın bizimlə bir dövlətdə yaşamamıza etiraz etsin...
Göyçayda isti yay günlərinin birində Şəmkirdən tanıdığım və yaxşı münasibətdə olduğum Şahbaz Süleymanov (hamı onu Saşa kimi tanıyırdı) yanıma gəldi. Bakıdan gəldiyini, yolüstü görüşmək istədiyini dedi. Söhbət zamanı MTN rəhbəri İmranovla görüşdüyünü, söhbət etdiyini, məndən də danışdığını söylədi. Nazir Aslan Aslanovun məndən Ramiz Mehdiyevə, Heydər Əliyevə şikayət etdiyini deyib. İmranov bu adamın Heydər Əliyevin qəbuluna qədər getdiyini, məhz məndən şikayət etdiyini, mənim guya cəbhəçi olduğumu, işdən çıxarılmağımın vacibliyini Heydər Əliyevə çatdırıb. Heydər Əliyev də nazirə mənim barəmdə Aslanovun söylədiklərini deyəndə İmranov cavab verir ki, Göyçayın rəisi 12 ildən çoxdu ki, orqandadı, necə cəbhəçi ola bilər? Heydər Əliyev də deyir ki, Aslanov deyir, özünüz aydınlaşdırın. N.İmranov Aslanova zəng edir, nədən onun özünə deməmiş, işçisindən prezidentə şikayət etdiyini, onu pis vəziyyətdə qoyduğunu soruşur. Aslanov dediklərini dananda, İmranov ona telefonda gözləməyi tapşırır, başqa telefonla H.Əliyevlə danışıb, mənim cəbhəçi olmadığımı, Aslanovun da belə bir söz demədiyini söyləyir. Heydər Əliyev acıqlanıb: ”mənim vaxtımı boş işlərinizlə almayın, öz işinizi özünüz araşdırın” deyib telefonu qapadıb...
Şahbaz Süleymanov məni xəbərdar etməyi özünə borc bildiyini, Aslanovun məkrli biri olduğunu, ehtiyyatlı olmağımı xahiş edirdi. İllər keçəndən sonra Aslan Aslanovun oğlunu qətlə yetirdilər, qətli törədənlər mətbuata açıqlamalarında bildirirdilər ki, Aslanov məcbur edirmiş ki, qətli Şahbaz Süleymanovun sifarişiylə törətdiklərini istintaqa bildirsinlər. Bu Aslan Aslanovun mənə qarşı olan əməllərinin sonu deyildi. Bu barədə sonra...
Nəhayət, Göyçaya icra başçısı təyin edildi. Başçını Abbas Abbasov təqdim etdi. Abbas müəllimdən soruşdum ki, Zərdaba nə vaxt başçı təyin olunacaq? Abbas müəllim gülüb: ”Mən təqdim edənəm, təyin edənləri nə vaxt kimsə qane edəndə gətirəcəm”.
Mən Göyçaydan nazirliyə işə getdim, Zərdaba hələ də başçı qoyulmamışdı.
Füzulinin 500 illik yubileyi keçirilirdi. Göyçayda da tədbir nəzərdə tutulmuşdu.
Tədbirdən bir gü əvvəl Göyçay kitabxanasına gəlib Füzulinin qəzəlləri olan kitabı istədim. Mən Mədəniyyət evinin müdirinə zəng edib kitabı istəyə bilərdim və kitab da yəqin mənə çatdırılacaqdı, sadəcə mənə maraqlı gəldi, kitabxanaya gedən və kitab alıb oxuyan varmı? Kitabxanaya daxil olanda məni kitab iyi deyil, yağlı yeməyin iyi vurdu, kitabxanada işləyən qadınlar nahar yeməyini qızdırıb süfrəyə oturmağa hazırlaşırdılar. Qadınlardan biri könülsüz nə istədiyimi soruşdu. Füzulinin kitablarına baxmaq istədiyimi dedim. Yaxınlıqdakı rəfi göstərib süfrəyə qayıtdı. Kitablardan birini seçib götürmək istədiyimi bildirdim.
Kitabxana işçisi: ”Evə kitab vermirik”.
Mən pasportuma baxmalarını deyəndə, tanımadıqları adama kitab vermədiklərini qadın dodaqaltı mızıldandı.
-Yəni kitab həvəskarları var , amma onlar kitabları alıb qaytarmırlar, eləmi?
Kitabxanaçı qadın:
-Yaxşı gəlin, anket açım.
İş yerimi kitabxanaçıya deyəndə, ayağa qalxıb:
-Müdiri indi çağırıram, -dedi
-Müdirə ehtiyac yoxdu, olsaydı yanıma çağırardım. Mən sadəcə kitab alıb aparacam və mütləq qaytaracam.
Səhərisi gün mədəniyyət evində yubiley tədbiri oldu. Ön cərgədə əlimdə Füzulinin kitabı oturub baxırdım. Aktyorlar şeir deyir, müğənni Səkinə İsmayılova oxuyur və mənə universitetdə Azərbaycan ədəbiyyatından dərs demiş Firuz Sadıqzadə Füzuli poeziyasından danışırdı.
Tədbirdən sonra Çərəkə gölü deyilən restoranda qonaqlarla birlikdə şam etdik. Yemək zamanı aktyor Ramiz Həsənov mənə baxıb, ”müəllim, Siz kimsiniz?” -, deyə, soruşdu.
İcra başçısı məndən əvvəl cavab verdi.
Aktyor: ”Vallah Sizi əlinizdə Füzulinin kitabı görəndə səhnə arxasına keçib söyləyəcəyim qəzəllərə bir də nəzər saldım. Fikirləşdim ki, bu adam çox güman ki, müəllimdi, əlində kitab yəqin səhvimizi tutmaq istəyir.
Deyəndə ki, Firuz müəllimin tələbəsiyəm, bu müəllimimə xüsusi ləzzət verdi.
Bu hadisəni qələmə almaqda məqsədim odu ki, mən xüsusi xidmət orqanında işlədiyim müddətdə heç zaman jurnalist-filoloq olduğumu unutmadım. İşlədiyim yerlərə ezamiyyətə, sadəcə gəzməyə gələn jurnalistləri, yazıçı, şairləri, aktyorları həmişə qarşılayıb yola salmışam və təşəbbüs öz tərəfimdən olub. Gəncədə Yaşar Nuri, Siyavuş Aslan, Nurəddin Mehdixanlı, Rafael Dadaşov, Firəngiz Mütəllibova, rejissor Lütvi Məmmədbəyov qonaqlarım olub.
Əyalətdə yaşasaq da ölkənin mədəni həyatında baş verən yenilikləri hər zaman izləyirdim. Göyçaydan ailəvi gəlib operada "Jizel”ə baxırdıq.
Yayda nazirlikdə Prezident yanında Xüsusi İdarənin yeni rəisi Şəmsi Rəhimovla görüş oldu. Ölkədə vəziyyətin heç də hamar olmadığı bəlli məsələ idi.
Surət Hüseynovla Heydər Əliyevin nə zamansa qarşı-qarşıya gələcəyini görüş iştirakçıları hiss edir, amma dilə gətirmirdilər.
Şəmsi Rəhimova sual verdim: ”Ölkədə hərbi qüvvələrin dövlət çevrilişi etmək ehtimalı qalırmı?”
Şəmsi Rəhimov açıq danışdı: ”Təəssüf ki, hələ də qalır, amma nəzarətimiz var”.
Söhbət Surət Hüseynovun nəzarətində olan hərbçilərdən gedirdi. Baş nazirin adı çəkilməsə də, hamımıza məsələnin mahiyyəti məlum idi.
Görüşdə iştirak edən birinci müavin Namiq Abbasov görüş bitəndən sonra məni kabinetinə çağırdı:
-Sənin bir informasiyan varmı? Elə danışdın ki, elə bil nəsə bilirsən.
-Konkret informasiyam yoxdu, amma Namiq Rəşidoviç, yəqin Siz də bilirsiniz ki, baş nazirlə prezident arasında soyuq müharibə açıq görsənir. Baş nazir ruslar demiş "человек непредсказуем” .
-Sən bu saat bizə Gəncədə lazım idin, Göyçayda yox. Səni Şəmkirdən niyə çıxardılar, çıxarırdılarsa niyə Göyçaya göndərdilər? Sənin yerinə qoyulan göydən alma dərəcək mənim üçün. Tanımırlar o simulyantı? (Həmin şəxsi simulyantlığına görə Əfqanıstandan o vaxt qovmuşdular. N.Abbasov ona işarə edirdi). Gəncənin rəisi Tofiq təcrübəli işçidi, hakimiyyətə sadiq adamdı, amma nəzərə almaq lazımdı ki, onu ora Surət Hüseynov qoydurub, Gəncəni də sənin kimi tanımır. Nə isə, Gəncədəki imkanlarınla həmişə əlaqədə ol, şübhəli bir şey olsa, sənə desinlər.
****
MTN təcridxanasından Rəhim Qazıyev, Baba Nəzərli, Əlikrəm Hümbətov, Arif Paşayev qaçırıldı. Hər halda bu adamlar plan cızıb özləri qaçmamışdılar.
Göyçaya da xəbər verdilər ki, Rəhim Qazıyevin orda qohumu var, ora da gələ bilər. Aydın məsələ idi ki, bu hər ehtimala qarşı olan tədbir idi. Yadıma Oleq Qordiyevskinin Moskvadan qaçırılması düşdü. Qordiyevski qaçırılanda mən Gəncədə işləyirdim. Axtarışa baxırdım. Gəncəyə belə bir tapşırıq gəlmişdi ki, Qordiyevskinin həyat yoldaşı Leyla Əliyevanın atası Hüseynəli əslən Gəncə tərəfdəndi, diqqətli olun, bəlkə Qordiyevski Gəncəyə gəlib?! O tapşırığı göndərən də bilirdi ki, Qordiyevski artıq SSRİ hüdudlarından kənardadı, amma hər ehtimala qarşı... Eynilə Rəhim Qazıyevi Göyçayda axtarmaq da buna bənzəyirdi.
Hadisələr bir-birinin ardınca baş verirdi. Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətli də baş verənlərin davamı idi. Nazir Nəriman İmranov vəzifəsindən azad edildi. Həftənin birinci günü idi, kollektivi toplayıb işçilərdən birinin düzgün olmayan mövqeyini müzakirəyə təzəcə başlamışdıq ki, əməliyyat telefonu zəng çaldı.
Namiq Abbasov idi:
-Sən axı, o Göyçayda nə edirsən? Burda sən mənə lazımsan. Tez ol, dur gəl bura, səni gözləyirəm.
Təcili maşına oturub Bakıya yola düşdüm.Yolboyu Abbasovun məni çağırmağının səbəbini dəqiqləşdirməyə çalışırdım. Təbii, hansısa tapşırığın olacağını bilirdim, amma məni nazirliyə işə dəvət edəcəyini gözləmirdim. Ona görə gözləmirdim ki, Təhməzov istisna olmaqla heç bir nazirlə xüsusi yaxınlığım olmamışdı. Abbasovla da həmişə məsafəli davranmışam. Bu düşüncələrlə Bakıya çatdım.
Namiq Abbasovun kabinetinə daxil olanda ayağa qalxıb məni salamladı və ilk sözü bu oldu:
- Necə deyərlər, iti öldürənə sürüdərlər. Yadındadı, Gəncədə mənə demişdin ki, bütün əsasnamələr, təlimatlar SSRİ-dən qalmadı, hələ də onlara əsaslanıb işləyirik. Demişdin ki, bizə öz dilimizdə fəaliyyətimizi tənzimləyən təlimatlar, əmrlər lazımdı. Bax, indi səni gətirirəm Bakıya, xüsusi inspeksiyada şöbə rəisi təyin edirəm. İnspeksiya fəaliyyətinlə bərabər, bütün əsasnamələri, təlimatları, aparıcı əmrləri bizim hüquq şöbəsiylə bir yerdə hazırlamağı sənə tapşırıram. Bilirəm Bakıda evin yoxdu, sənə 3 ilə Nərimanovun heykəli arxasında ev verəcəm. Get işlərini təhvil ver, köç Bakıya. Əmrini bu saat imzalayıram.
Mən əmrə tabe olduğumu deyib, Abbasova etimadı üçün təşəkkürümü bildirdim...
P.S. Dəyərli oxucu, beləliklə, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın kitabının sonuncu bölümünə çatdıq. Müəllif 1994 - cü il oktyabr və 1995-ci il mart hadisələrinin təhqiqat komissiyasının üzvü olduğundan o hadsələrə fərqli, indiyədək bimədiyiniz münasibəti kitabdan oxuyacaqsınız. Odur ki, sonuncu bölümü oxuculara təqdim etmirik və onu ancaq kitab nəşr olunduqdan sonra oxuculara təqdim edəcəyik...
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi