"Surət Hüseynovun qəbuluna düşmək üçün saqqalını niyə qırxdın?" - Nemət Pənahlıya kəskin ittiham

img

13-05-2016 [11:37]


Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının təhqirləri ilə müşayiət olunan anti-Elçibəy çıxışlara yenidən cavablar verilib.  

Son günə qədər Əbülfəz Elçibəyin köməkçisi olan Oqtay Qasımov Feysbuk şəbəkəsində növbəti dəfə bu məsələyə münasibətini ifadə edib:

"Rəhmətlik Ədalət Rəhimli 1994-cü ildə Milli Məclisdə Nemət adlanan bu tipin adını dəqiq söyləmişdi: Padşah sarayındakı təlxək. 2000-ci ildə Nemət deyilən bu tipə  cavabını almadığım sualları təkrar ünvanlayıram: 

1.1988-ci il, 4 dekabr gecəsi meydan rus ordusu tərəfindən dağıdılanda insanları buraxıb kimin maşınında meydandan qaçdın?

2. Gəncə qiyamı vaxtı Azərbaycan dövlətinə xəyanət edib Surət Hüseynovun yanına gedib qəbuluna düşmək üçün saqqalını niyə qırxdın?

3.1996-cı ilın payızında Kələkiyə elçi göndərib Elçibəyin liderliyini etiraf və əməkdaşlıq təklif edən kim idi?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA