Azərbaycanlı hakim partiyadan Rusiya Dövlət Dumasının deputatlığına namizəd oldu - FOTO

img

11-05-2016 [19:24]


Azərbaycanlı Ramin Qasımov Rusiya Dövlət Duması deputatlığına namizəddir.

Bu barədə Dərbənddə yaşayan həmkarımız Telman Tahirli bildirib.

Onun dediyinə görə, həmyerlimizin namizədliyi hakim "Vahid Rusiya” ("Yedinaya Rossiya”) partiyasından, Dağıstan Respublikasında yerləşən 11 saylı seçki dairəsindən verilib.

"Ramin Qasımov hazırda Dərbənddə görüşlər keçirilir. Onun Dövlət Dumasının deputatı seçilmək şansı çoxdur. May ayının sonunda "Vahid Rusiya" partiyasının Dağıstan üzrə namizədlərinin tam siyahısı bəlli olacaq. Sentyabrın 18-də isə seçkidir. Ramin Qasımovun şansları isə yüksək dəyərləndirilir”, - deyə Dərbənddəki mənbə bildirib.

Xatırladaq ki, Ramin Qasımov 1978-ci il aprelin 4-də Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Hazırda Moskvada yaşayır. Dövlət Duması deputatının köməkçisidir.

Onu da qeyd edək ki, Rusiya müstəqillik qazanandan Dumada milliyyətcə azərbaycanlı deputat olmayıb(Lent.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA