"...naməlum nömrələrdən zənglər gəlir" - Partiya sədrinin həyatı təhlükədə

img

11-05-2016 [12:38]


MMP sədri Hafiz Hacıyevin son açıqlamaları gündəmə "bomba” kimi düşüb. Əvvəlcə erməni qadınlardan övladlarının olduğunu deyən partiya sədri ardınca Ermənistandakı Atom Elektrik Stansiyasını, metro stansiyalarını partladacağı barədə fikirlər səsləndirib.

Hacıyevin dedikləri ictimaiyyət arasında heç də birmənalı qarşılanmayıb. Çoxları onun söylədiklərini Azərbaycan üçün təhlükə hesab edir. Amma H.Hacıyev onunla razılaşmayanları haqlı saymır.

H.Hacıyev isə "Yeni Müsavat”a açıqlamasında həyatının təhlükədə olduğunu söylədi: "Verdiyim açıqlamalar həqiqəti əks etdirir. Ermənilər bilməlidir ki, onların daim içərilərində olmuşuq, qızları ilə oturub-durmuşuq. Heç bir fantaziya yoxdur. Ermənilərə qarşı ideoloji müharibə aparırıq. Həyatıma olan təhlükəni hiss edirəm. Heç bir addımımı düşünməmiş şəkildə atmıram. Faktlarla çıxış edirəm. Buna görə təhqir olunuram, naməlum nömrələrdən zənglər gəlir. Hər an həyatım təhlükədədir. Amma nə etmək olar ki, Azərbaycan hakimiyyətində ermənilərlə qohum olanlar var. Hətta bəzi məmur övladları var ki, erməni dayıları ilə fəxr edirlər, onlarla Moskva və digər şəhərlərdə görüşürlər. Xalqı talan edib, milyardlar qazanıb, ermənilərə yedizdirirlər. 30 minə qədər erməni gəlinimiz var. Bunları dedikcə, mənə təşəkkür etməyəcəklər. Hansı varlı məmurun övladı, yaxud qohumu şəhid olub? Bu suala cavab verən şəxsin qarşısında ömür boyu qul olaram. Elə məmurlar tanıyıram ki, övladlarının bir ayağı Ermənistandadır. Amma mən xaricə gedəndə qorxuram, həyat yaşamıram. Təsəvvür edin ki, kirayədə yaşayıram, son fikirlərimdən sonra məni kirayədən çıxarırlar. Hər ay 600 manat kirayə haqqı verirəm. Ev sahibinə deyirəm ki, bəlkə sənin də ermənilərlə qohumluğun var, susur. Məmurlardan mənə təhdidlər gəlir ki, erməni məsələsini gündəmə gətirsən, səni öldürəcəyik. Mən asan can verməyəcəm. Erməni ilə qohumluğu olan məmurlar istefa verməlidir. Növbəti seçkilərdə prezident seçilsəm, həmin məmurlara qan qusduracam. Onları təpəsi üstə asıb, ermənilərə verdikləri pulları, Ermənistanda tikdikləri villaları geri istəyəcəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA