Putinin səfərinə hazırlıq, yoxsa… – Rusiyanın baş nazir müavini Azərbaycana gəlir

img

13-05-2016 [15:46]


Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin yenidən Azərbaycana gəlir. 

Onun səfəri mayın 17-də baş tutacaq.

Bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadla xəbər yayıb. 

"Rusiyanın baş nazirinin müavini Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində həmçinin may ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq", – deyə, mənbə bildirib.

Tərəflər həmçinin Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti də müzakirə edəcəklər.

Rusiya dövlət başçısının səfərinin mayın sonunda reallaşacağı iddia edilir.

Xatırladaq ki, may ayının 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın görüşünün keçirilməsi təklif edilir. Hələlik tərəflərin görüşə razılıq verib-verməməsi ilə bağlı məlumat verilməyib. Görüş barədə razılıq əldə edilərsə, onun səfəri Minsk Qrupu həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi altında keçiriləcək danışıqların ertəsi gününə təsadüf edəcək.

ANS


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA