21-04-2016 [20:48]
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın "Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı "Ağdam. 5 fraqment” adlı filmin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, mərasimi açıq elan edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın xarici QHT-lərin sülhü, mədəniyyəti, multikultralizmi, Azərbaycanın mili maraqlarını təbliğ edən müxtəlif layihələrini dəstəklədiyini deyib.
F. Qurbanov Şuranın maliyyə dəstəyi ilə hazırlanan "Ağdam. 5 fraqment” adlı filmdə Ermənistanın işğalçılıq siyasətinin faktlarla sübut edildiyini, həmçinin Ağdamın tarixi, təbiəti, işğaldan öncə və sonrakı vəziyyəti haqqında məlumatların əksini tapdığını bildirib. Sonra filmə baxış keçirilib.
Filmin rejissoru və "Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının sədri Mişel İvor Ağdama səfər edərkən çox məyus olduğunu deyib. M. İvor qeyd edib ki, vaxtı ilə çox gözəl şəhər olan Ağdam hazırda yalnız vaxtı ilə orada yaşamış sakinlərinin xatirəsində qalır. Rejissor filmin çəkilişi prosesində Ağdam şəhərinin xeyli sayda sakini ilə görüşdüyünü, onların içərisindən 5 şəxsin müsahibəsinin filmə daxil edildiyini qeyd edib.
Ağdam şəhərinin deputatı Bəxtiyar Əliyev Milli Məclisdə təmsil etdiyi şəhərin tamamilə dağıdılmasını, sakinlərinin qətlə yetirilməsini və doğma yurdlarından didərgin salınmasını bəşəriyyətə qarşı edilmiş böyük cinayət olduğunu bildirib. B. Əliyev vaxtı ilə gözəl memarlıq quruluşuna malik olan Ağdam şəhərinin işğaldan azad olunması və sakinlərinin yenidən xoşbəxt həyatlarına qayıtması üçün beynəlxalq təşkilatları və ölkəmizdəki səfirilikləri işğalçı Ermənistana qarşı təzyiqləri artırmağa çağırıb.
Şura sədri, millət vəkili Azay Quliyev filmdə 5 ailənin timsalında 1 milyondan artıq qaçqın və məcburi köçkünün acınacaqlı həyatının, çəkdiyi iztirabların təsvir olunduğunu qeyd edib. Tarixdə bir şəhərin bu qədər qəddarlıqla və barbarcasına dağıdılmasına nadir hallarda rast gəlindiyini deyən Azay Quliyev Ermənistanın dinc insanları qətlə yetirməklə yanaşı, sanki binalardan, evlərdən də qisas aldığını bildirib.
Azay Quliyev İŞİD-in Palmira şəhərində törətdiyi vandallığın belə Ermənistanın Ağdamda həyata keçirdiklərinin yanında "humanist” göründüyünü vurğulayıb. Çünki Palmiranın müəyyən hissəsi qalsa da Ağdam şəhəri tamamı ilə yerlə-yeksan edilib.
Şura sədri Ağdamın 2008-ci ildə "Lonely Planet" jurnalınıda "Qafqaz Hiroşiması”, 2010-cu ildə isə Əl-Cəzirə televiziyasının internet saytında "ruhlar şəhəri” adlandırıldığını qeyd edib: "Hər iki yanaşma Ağdamın faciəsinin miqyasını tamamı ilə adekvat, doğru-dürüst şəkildə ifadə edir. Ancaq biz əminik ki, haqq-ədalət tezliklə bərpa olunacaq. Necə ki, Hiroşima yenidən qurulub-yaradılıb, eləcə də Ağdam şəhəri işğaldan azad olunacaq və Azərbaycanın mədəni, ictimai, siyasi həyatında oynadığı əvvəlki rolunu bərpa edəcək. O zaman Ağdam şəhərində nigaran dolaşan şəhid ruhları da rahatlıq tapacaq”.
Qeyd edək ki, 11 fevral 2016-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilən adıçəkilən film yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.




"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb