Beynəlxalq Diaspor Mərkəzi Ermənistanın Tiflisdəki səfirliyi qarşısında aksiya keçirəcək - Açıqlama

img

20-04-2016 [20:36]


Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Gürcüstan nümayəndəliyinin təşkilatçılığı ilə 23 aprel 2016-cı il tarixində Ermənistanın Tiflisdəki səfirliyi qarşısında dinc etiraz aksiyası keçiriləcək.

BDM-dən Mia.az-a verilən məlumata görə, aksiyanın keçirilməsində səbəb 24 aprel yalançı "erməni soyqırımı”-na etiraz, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq əməllərinə qarşı şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini bir daha Azərbaycanın haqq səsi olan Qarabağ məsələsinə yönəltməkdir.

Nəzərdə tutulmuş aksiyada Azərbaycandan BDM nümayəndə heyətinin rəhbərliyi, Türkiyə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) rəhbərliyi, diaspor fəalları və Gürcüstanda yaşayan soydaşlarımızın bir qrupu da iştirak edəcək. Aksiya saat 12:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA