"Azərbaycanda çox ciddi qanunlar qəbul olunub, amma çox təəssüf ki, qərarların yerinə yetirilməsi gecikir”.
Bu sözləri Hafiz Hacıyev Arif və Leyla Yunusların ölkədən çıxmalarına izn verilməsi qərarını PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi Leyla və Arif Yunusun ölkədən buraxılmasına icazə verilməsi ilə bağlı Ali Məhkəmə qərar çıxardı. Dünən də Yunuslar Azərbaycaı tərk edərək Hollandiyaya getdilər. Hollandiya XİN-dən verilən rəsmi açıqlamada bildirilib ki, Leyla və Arif Yunus őzləri istədikləri qədər bu ölkədə qala bilərlər. Nazirlikdən o da bildirilib ki, Leyla və Arif Yunusa siyasi sığınacaq verilməsi də műmkűn variantdır. Onu da qeyd edək ki, Leyla və Arif Yunus səhhətlərində yaranan problemlərlə bağlı ölkədən kənarda müalicə alacaqlar.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev mövzu ilə bağlı bildirib ki, ölkə başçısının siyasi məhusları azad etməsi çox böyük addım idi. Çünki biz böyük dövlətik və dövlətimizin də böyük imici var:
"Bizim partiya Arif və Leyla Yunusların ölkədən çıxmalarına izn verilməsi çox normal qarşıladı. Çünki Azərbaycan demokratik ölkədi və üzərinə götürdüyü beynəlxaq öhdəlikləri yerinə yetirir. Hansı ki, Azərbaycanı bəzi istəməyən qüvvələr, bəzi daxildəki olan xəyanətkar qüvvələr həmişə ölkəmizi bir diktatura rejimi olan dövlət kimi xarici ölkələrə təqdim edirdilər. Amma prezidentimizin son attdığı addımdan yəni, siyasi məhbus adı verilən bəzi insanlar azadlığa buraxılandan sonra bu fikirlərin əsas olduğu bir daha təsdiqləndi. O cümlədən də Leyla və Arif Yunuslar bu gün azadlıqdadır. Ölkə başçısının siyasi məhusları azad etməsi çox böyük addım idi. Çünki biz böyük dövlətik və dövlətimizin də böyük imici var. Ona görə də mən hesab edirəm ki, siyasi məhbusları azad etmək daha yaxşıdır nəyin ki, onları həbsdə saxlayıb qəhrəman etmək. Mən düşünürəm ki, prezidentimizin atdığı bu addımlar axıra qədər davam etdirilməlidir. Bəzi qüvvələrin əlində olan kontur-arqumentlər əllərindən alınmalıdır və bilinməlidir ki, Azərbaycan dünyada demokratiyaya doğru addımlayır və Beynəlxalq təşkilatlardan aldığı öhdəlikləri də layiqincə yerinə yetirir”.
Hafiz Hacıyev həmçinin Azərbaycanda islahatlara siyasətdən yoxsa iqtisadiyyatdan başlanılmalıdır sualına da cavab verib. Partiya sədri qeyd edib ki, istər siyasi istərsə də iqtisadi komandada böyük dəyişiklik olmalıdır. Bu sahələri düzgün bilən insanlar vəzifəyə gətirilməlidir:
"Hər ikisi paralel getməlidir. Yəni siyasət iqtisadiyyatla, iqtisadiyyat da siyasətlə bağlıdır. İqtisadiyyatı zəif olan dövlətlərdə siyasi islahatlar aparmaq çətin olur. Biz də birinci iqtisadi islahatlarımızı aparmalıyıq və verilən qərarlar yerinə yetirilməlidir. Bildiyimiz kimi bu gün Azərbaycanda çox ciddi qanunlar qəbul olunub, amma çox təəssüf ki, qərarların yerinə yetirilməsi gecikir. Prezidentimizin verdiyi bir neçə qərarlar, bunlardan kənd təsərrüfatı məhsullarının tədarük edilməsi, sahibkardan alınması, sahibkarla müqavilə bağlanılması hələ fakt vəziyyətində qalıbdır. Heç bir irəliləyiş yoxdur. Oraya qoyulan adamlar da kənd təsərrüfatında kartofla, soğanı tanımayan adamlardır. Sovetlər dövründə "Azər İttifaq” varıydı və bu ittifaq öz funksiyasını yaxşı yerinə yetirirdi.
Mən hesab edirəm ki, indi yaradılan quruma kadrları tanışıqla, dostluqla yox ciddi insanları təyin etmək lazımdır. Çünki artıq iqtisadi islahatlar getsin və iqtisadi islahatların arxasınca da siyasi islahalar təcili başlamalıdır. Siyasi islahatlar artıq başlayıbdır, amma daha da önəm vermək lazımdır. Bu gün Avropa Şurası, ATƏT, Senat, Konkres bizə müəyyən təzyiqlər göstərirlər ki, siyasi islahatlar aparın. Hansı ki, bu islahatların başında insanların firavanlığı dayanmalıdır. Ölkə daxilində də müəyyən qüvvələr, qruplar, 5-ci kalonun üzvləri var. Onlar imkan vermirlər ki, prezidentimiz sona qədər bu addımları atsın və prezidentə daxildən xəyanətlər olur. Amma biz imkan vermirik onlar öz məqsədlərinə çatsınlar. Biz onlarla ideoloji müharibə aparırıq. İdeoloji müharibənin özü də prezidentimizə ən böyük köməkdir. Çünki prezident dəfələrlə deyib ki, mənə ictiamiyyətin köməyi lazımdır. İctimaiyyətin köməyi olmadan heç bir addım ata bilmərəm.
Biz də böyük bir partiya kimi, 63 rayonda təşkilatımız olan partiya kimi bu ölkədə olan neqativ halların prezidentə çatdırırıq. Çünki prezident bilməlidir ki, ölkədə vəziyyət nə yerdədir. Mən yenə deyirəm nə qədər ki hökumətin daxilində "qocalar kobineti” var, onlarla heç bir iqtisadi islahatlar keçirmək mümkün olmayacaq. Yəni o "qocalar kobinetin”də olan insanlar yerinən dura bilməyən insanlardır. 2016-ci il prezidentimiz kənd təsərrüfatının inkişafı üçün çox ciddi qərarlar verdi, amma yerinə yetirilmədi. Çünki yerinə yetirilməsin istəməyən insanlar var. Məsələn bu il heç bir metr torpaq bele artırılmayıb. Bunların hamısı böyük xəyanətdir və u xəyanətin başında da müəyyən qüvvələr var ki, onlar dayanırlar. İstər siyasi istərsə də iqtisadi komandada böyük dəyişiklik olmalıdır. Bu sahələri düzgün bilən insanlar vəzifəyə gətirilməlidir. Yoxsa ki, ingilis dilin yaxşı bilir deyə kartofla, soğanı ayıra bilməyən insana kənd təsərrüfat sahəsi etibar edilməz. Kənd təsərüffatı nazırı bu günə qədər heç bir iş görməyib. Dünən mətbuatda yayıldı idxalnan ixracda fərq var. Yəni nazir yalan danışır və bunun da üstü açılır. O cümlədən də başqa sahələrdə də vəziyyət yaxşı deyil.
Mən dəfələrlə demişəm tezliklə iqtisadi, siyasətlər keçirilməsə ölkədə vəziyyət yaxşı olmayacaq. Belə getsə biz yaxın aylarda deyəcəyik ki, aprel, mart aylarında nisbi sakitçilikdə yaşamışıq. Yəni istər daxili qüvvələrin, istərsə də daxili qüvvələrin əllərindəki kontrol-arqumetləri əllərindən almaq lazımdır. Mənim təklifim budur ki, prezidentimiz tez zamanda islahatlara başlasın. Biz də canımızla, qanımızla arxasında dayanmışıq”.