“Ağdam. 5 fraqment” adlı filmi - QHT Şurasının dəstəyi ilə nümayiş olunacaq

img

20-04-2016 [16:49]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın "Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı "Ağdam. 5 fraqment” adlı filmin təqdimat mərasimi keçiriləcək.

Mia.az xəbər verir ki, mərasimdə filmin yaradıcı heyəti,  dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri və QHT rəhbərləri iştirak edəcək.

Təqdimat mərasimi 21 aprel 2016-cıl il, saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Ünvan: Bülbül prospekti 20. 


Digər xəbərlər
SON XƏBƏRLƏR