Hadisə "erməni bayrağı" ittihamlarına cavab verdi: "Cahillə cahil olmaqdansa..."

img

17-04-2016 [16:49]


Türkiyəli müğənni Hadisə "O səs çocuklar” yarışmasında üzərində erməni bayrağının rəngləri olan geyimlə səhnəyə çıxmasına irad tutan sosial şəbəkə istifadəçilərinə cavab verib.

Hadisə rəsmi Facebook səhifəsində açıqlama yayaraq onu ittihamlar edənlərin cahil olduğunu qeyd edib:

"Haqqımda yazılan çox ittihamlara qulaq asmıram. Lakin qoy türklüyümə, mədəniyyətimə, mənliyimə qarşı əsassız ittihamlar sürənlər eşitsinlər bu sözləri. Cahillə cahil olmaqdansa, susmaq lazımdır. Başqa işiniz yoxdurmu? Geydiyim geyimi ucu-bucağı olmayan, insanlıqdan kənar, xəstə təxəyyülünüzlə şərh edə bilməzsiniz!! 

Sosial media kimisə qaralamaq üçün meydan deyil. Hər kəsə sülh və firavanlıq dolu bir həyat və dünya arzulayıram. Sevgilərlə, Hadisə”.

Qeyd edək ki, Azərbaycan KİV-lərində də Hadisənin geyimi tənqid olunub(Asvision.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR