Partiya sədri təmtəraqlı yubiley keçirmədi: "Xalq ağlayan zaman mən şənlik keçirə bilmərəm"

img

16-04-2016 [18:05]


Azərbaycan siyasətində hər zaman özünə məxsus yeri olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dünən 60 yaşını qeyd edib.

Marqlıdır, pariya sədri yubileyini hansı formada keçirib? Hafiz Hacıyev Moderator.az-a aşıqlamasında bildirib ki, o, bu dəfəki doğum gününü adi günlər kimi qeyd edib: "Baxmayaraq ki, mənim yubileyim idi, amma bütün tərəfdarlarıma öncədən tapşırıq verdim ki, ad günümlə bağlı heç bir tədbir təşkil etməsinlər. Hətta xırda bir tortun belə hazırlanmasına razı olmadım. Çünki hazırda bizim analarımız Qarabağda şəhid olan övladlarını ağlayır. Analarımız şəhidlərimizə ağı deyərkən Hafiz Hacıyev yubileymi keçirsin? Hafiz Hacıyevsə bütün həyatını xalqa sərf etmiş bir adamdır. Xalq ağlayan zaman mən şənlik keçirə bilmərəm, bu mənim təbiətimə, keçdiyim yola zidd olan şeydir”.

Müasir Müsavat Partiyası sədri keçdiyi həyat yolu barədə də qısaca danışmağ lazım bilib:

"Mən bu 60 ildə çox şeyə nail olmuşam. Xalqım üçün əlimdən gələn hər şeyi etmişəm. 3 dəfə prezidentliyə namizəd olmuşam. Mən prezident seçilməsəm də dəstəklədiyim İlham Əliyev seçilib. Siyasətə gəlməkdə əsas məqsədim Azərbaycana xidmət etmək olub. BMT - də, ABŞ Konqresində xalqımızın haqq səsini ucaltmışam. Nazir işlədiyim dönəmdə rəhbərliyim altında işləyən bütün şəxslər mənim xalqa necə xidmət etdiyimi görüb. Uzun illər keçməsinə baxmayaraq, mənim fəaliyyətimdəki müsbət işlər hələ də müzakirə olunur. Vəzirovla, Ayaz Mütəllibovla, Əbülfəz Elçibəylə bir komandada işləmişəm. Həyatım həmişə mənalı olub, çünki bu həyatı xalqa xidmət etmək üçün yaşamışam. Sözsüz ki, bundan sonra da belə yaşayacam. Hafiz Hacıyev tutduğu haqq yolundan bir addım da geri çəkilməyəcək.”



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA