Niyaməddin Orduxanlı MSK-nın əvəzedici üzvü seçildi

img

15-04-2016 [14:48]


Bu gün Milli Məclisin plenar iclasında "Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib. 

MSK-nın tərkibinə yeni üzvülərlə yanaşı 4 nəfər əvəzedici üzvülər də seçilib. Milli Məclisdə azlıq təşkil edən partiyaların əvəzedici heyyətinə bir nəfər- BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı seçilib. Bununla bağlı Mia.az-a acıqlama verən Niyaməddin Orduxanlı bildirib ki, qanunvericliyə görə, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar, Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edir və bunlarla yanaşı 4 nəfər də əvezedivi heyyətə seçilir:” İlk öncə mənə bu etimadı göstərən şəxslərə və o cümlədən hörmətli millət vəkilərinə mənə səs verdiklərinə görə, təşəkkürümü bildirirəm. Çalışacam ki, göstərilən etimadı doğruldum.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA