“Sən qalib gələcəksən“ - Müşfiqabad Mədəniyyət evində tədbir (FOTOLAR)

img

11-04-2016 [18:49]


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Müşfiqabad qəsəbə Mədəniyyət evi Ordumuza Dəstək kampaniyasında "Sən qalib gələcəksən" adlı tədbir keçirib.

Tədbirdə M. Maqomayevin "Azərbaycan "mahnısının sədaları ilə əllərində şüarlar, bayraqlar tutmuş qəsəbə sakinləri, gənclər mədəniyyət evinin qarşısına toplaşıblar.

Tədbirdə çıxış edən ağsaqqallar və Mədəniyyət evinin bədii rəhbəri M.Cəfərova bildiriblər ki, bu günlər hər birimizin qəlbi Qarabağla bir vurur, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı hər zəfəri qürurla , sevinclə qarşılayırıq.

Gənclər, Qarabağ veteranları öz çıxışlarında qeyd ediblər ki, bu gün hər birimiz könüllü olaraq Vətənin müdafiəsinə qalxmaq, torpaqlarımızı azad etmək üçün Ali Baş komandanın əmrini gözləyirik. Qoy uca Bayrağımız bütöv, azad Azərbaycan üzərində qürurla dalğalansın. 

Sonra "Aidə" Xalq Kollektivinin solistləri vətənpərvər mahnılar təqdim ediblər. Gənc şair Elməddin Laçınlı yeni yazdığı şerlərini söyləyib. 

Sonda tədbirdə iştirak edənlər birgə "Azərbaycan Respublikasının Dövlət himnini oxuyublar və vətənpərvərlik şüarları səsləndiriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR