Erməni KİV əsl həqiqəti açdı: "Ölənlərimizin sayı təxminən 300 nəfərdir, fərarilik artıb..."

img

04-04-2016 [19:05]


Cəbhədə hərbi eskalasiyanın şiddətləndiyi son iki gündə Ermənistan tərəfi həm canlı qüvvə, həm də döyüş texnikası sarıdan böyük tələfata məruz qalıb. 

Bu barədə Ermənistanda fəaliyət göstərən planetaarmenia.ru saytı xəbər yayıb.

Musavat.com-un verdiyi xəbərə görə, Hadrutda olan mənbə adışəkilən sayta bildirib ki, hospitalda onlarla ölən və yaralanan hərbçi yerləşdirilib. Onların sırasında yüksək və kiçik rütbəli zabitlər də var: "Ölənlərin sayı təxminən 300-nəfərdir".

Planetaarmenia.ru saytı qeyd edir ki, mülki əhali arasında da ölənlərin olduğu qeyd olunur.   

Erməni saytı "düşmən tərəfindən" sıradan çıxarılan hərbi texnikanın onlarla olduğunu qeyd edir. Bunlar arasında avtomobillər, ağır zirehli maşınlar, artilleriya qurğuları var. Qeyri-rəsmi xəbərə görə, sıradan çıxarılan hərbi texnikanın sayı 50 civarındadır. 

Sayt mülki əhalinin evlərindən qaçdığını, habelə əsgərlərin fərarilik etdiyini yazır. 

Bildirilir ki, erməni xalqının ümidi yalnız vaxtilə Qarabağda vuruşmuş veteranlaradır.


Digər xəbərlər
SON XƏBƏRLƏR