Cəbhədə vəziyyət gərginləşdi; Ölən və yaralananlar - Yenilənir

img

02-04-2016 [10:17]


Cəbhə bölgəsində vəziyyət yenidən gərginləşib. 

Füzuli rayonu Bəhmənli kənd sakinlərinin mia.az-a verdiyi məlumata görə, gecə saatlarından başlayaraq, Füzuli, Tərtər, Ağdam istiqamətlərində güclü atışma başlayıb. Sakinlər bildiririlər ki, iri çaplı silahlardan açılan atəş səsləri bir neçə saat davam edib.

Cəbhə bölgəsindən mia.az-a daxil olan məlumata görə. ordumuz ermənilərə ciddi qarşılıq verib. Məsələylə bağlı mia.az-a açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgah hazırda cəbhə bölgəsində olduğunu bildirib və bütün sualara operativ cavab veriləcəyini deyib. V.Dərgah onu da bildirib ki, yaxın dəqiqələrdə rəsmi məlumat veriləcək.

**** 

Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isəyaralanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, ermənilərin ötən gecə ağır arteleriyyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məckunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. NəticədəC. Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib. Ağdamın Baharlı qəsəbəsində isə icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.


*** 

Midafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görülür. Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.
Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq