Tanınmış hüquqşünasdan AzTV sədrinə sərt ittihamlar...

img

01-04-2016 [08:38]


Tanınmış hüquqşünas Aslan İsmayılov açıqlamasında AzTV sədri Arif Alışanovun professor Qulu Məhərrəmlini məhkəməyə verməsinə münasibət bildirib. 

A. İsmayılov bildirib ki, tanıdığı qədər Qulu Məhərrəmli tanınmış jurnalistdir, cəmiyyətdə hörmətə malikdir: 

"AzTV ölkənin birinci kanalı olsa da ona baxan yoxdur, sadəcə orada milyonlar yeyilir. AzTV-nin sədri Arif Alışanovu isə kassir kimi tanıyıram, onun jurnalistikaya heç bir aidiyyatı yoxdur. Ona görə də hesab edirəm ki, AzTV-nin başında jurnalist dursaydı, o, başa düşərdi ki, tanınmış jurnalisti, yaxud  da hansısa bir mətbuat orqanını fikir yürütdüyünə görə məhkəməyə verməzlər. Alışanov kassir olduğuna görə belə məsələləri bilməz”(Moderator.az).

Xatırladaq ki, bu gün saat 09.30-da Yasamal Rayon Məhkəməsində AzTV sədrinin Qulu Məhərrəmliyə qarçı iddiası üzrə proses keçiriləcək. Arif Alışanov Qulu Məhərrəmlinin həbs olunması və 100 min manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR