"...gündəm meymunu olmaq istəmirəm" - Caqa

img

12-03-2016 [18:01]


Müğənni Cavanşir Babəli oğlu müsahibə verib. Onu təqdim edirik. 
 
- Cavanşir Babəlioğlu, yoxsa Caqa?

- Necə çağırsalar, fərq etməz, ikisi də mənəm, belə götürəndə adın heç bir önəmi yoxdu, əsası odur ki, hamımız Allahın eyni, sadəcə imtahan, sınaq üçün fərqli yaratdığı insanıq. Yaxşıya, pisə də bölmürəm, çünki hər birimizin içində hər ikisi var, sən böyüdükcə, onlar da böyüyür, hansının arxasınca gedəcəyini isə özün müəyyən edirsən. Çox istərdim, hər kəs, içində də mən yaxşı insan olum.

- Jurnalistikadan niyə getdin?

- Özüm də bilmirəm. Hər şeyi jurnalist yazdığını zənn edər, amma ən böyük yazarı unutmayaq, o belə məsləhət bildi. Demək mən jurnalistikadan keçməliydim və bu günkü mənə çevrilməli idim.

- Bu gün sən heç yerdə yoxsan axı...

- Bu gün Allahın bəxş etdiyi torpaqda yaşayıb, havasını udub, suyundan içib, odunda isinirəmsə, ayını,günəşini, ulduzunu seyr edirəmsə,heyvanına mərhəmət, təbiətinə və insanına sevgi ilə yanaşıramsa,hər gün 3 vaxt, 5 dəfə Yaradanımla görüşüb,ona Şükr edirəmsə,deməli varam. Sadəcə göstərnirəm, yaşayıram.

- Müğənni ola bildin?

- Yazdığım və mənə yazılan sözləri, musiqiləri ifa etməklə...

- Gündəmdə belə bir müğənni yoxdur axı... 

- Gündəm üçün deyil, özüm üçün yaşayıram.Zaman özü hər şeyi yerinə oturdacaq.Gündəmdə olmaq və ya nə isə əldə etmək naminə oxumaqla, var olmaq başqa-başqa şeylərdi. Mən var olmaq istəyənlərdənəm. Bu o demək deyil ki, reklamın əleyhinəyəm, əsla! Sadəcə istədiyim reklama tələb olunan məbləğim yoxdur və bunun üçün özümü xərcləyəcək qədər düşməkdən Allaha sığınıram. Allah kimsənin ağlını başından almasın. Qızıldan da olsa qarğa yuvası, adı qarğadırsa, nədir faydası?! Mən nə qarğa, nə də gündəm meymunu olmaq istəmirəm. Öz yolumu çizmişəm, əziyyətlərimlə bir yol gəlirəm, gəldiyimi, hara getdiyimi və kim olduğumu da bilirəm. Sadəcə son mənzildən, torpağa çevriləcək cismdən, göyə qalxacaq ruhdan, sonda Yaradanın qarşısında duracaq vicdanımdan doğan bir kimliklə yaşayıb, arzularıma qovuşmaq istəyərəm. İdeal deyiləm. O qədər səhvlərim, günahlarım olub ki... Allah hər birini və hər birimizi bağışlasın, birdə ağlımızı başımızdan almasın.

- Bu gedişlə necə Əməkdar və ya Xalq artisti adını ala bilərsən?

- Əzəldən dağıdığı addan imtina edib, adını dəyişən insan hansısa adlamı öyünəcək? Özüm adımı da, peşəmi də müəyyən etmişəm. Nə Əməkdar, nə Xalq olaraq, artist adını daşıya bilmərəm. Ancaq "Şöhrət" Ordeni, "Şərəf" Medalı, "İstiqlaliyyət" Medalına layiq olmaq istəyərdim. Bunu da bütün dünyada, bütün ölkələrdə azərbaycanlı olaraq, ölkəmi layiqincə təmsil edib, zəhmətimlə qazanmaq istəyərəm. Gərək ki, külli miqdarda pulum olsun ki, dünyada istədiyim yerə çatım və Azərbaycanda mənə qiymət versinlər. Nə isə mükafat üçün yaşamıram, ən böyük mükafatım sağlamlığım, rahatlığım, sənətim, bəxş olunan ömrümdür. İnsan hər şeyə qadirdir. Zaman özü kimin kim olduğunu isbat edəcək. Mən dünyada Popun Kralı olaraq tanınacağıma əminəm. 

- Artist olmasan, necə Popun Kralı olacaqsan? 

- Kinoya çəkilmək, mahnı yazmaq, mahnı oxumaq, səhnəyə çıxmaq, şou göstərmək - bunların hamısı bir ulduzda təbii olmalıdı. Artistlik etməklə deyil ki... Olmaq istədiyin yerdə qarşısındakılardan enerjini almaqla, hiss etdiyini çatdırmaq təbii yolla baş verməlidi. Bunun üçün sadəcə özün olmaq, özünü göstərmək lazımdır ki, sənətkar olasan. İçində olmayanla görünən , öyrəndiyini təkrarlayandı artist. Mən isə artist deyiləm. Mən gözəl mahnı ifa edən, gözəl musiqi yazan, musiqini ruhu, cismi, bütün varlığı ilə hiss edən, yaşadıqlarını sözə çevirib, ifadə edən, sevənləri ilə görüşəndə duruma, məkana, qarşısındakına görə davranan, daima sevərək öz dünyasında yaşayan, kim olduğunu bilən və varlığı ilə bildirən, Adəmdən törəmə, İsa (S.A.S) , Mühəmməd (S.A.S) və 124 min peyğəmbər (nümunə) yolunu gedən, Azərbaycanın Şirvan şəhərində Mətanət xanımın Babəli bəydən halallıqla doğub, bərabər böyütdüyü, Elsevər, Sonanın qardaşı, Mətişimin dayısı, Zaurun və Viktoroyanın qaynı, dost, tanışlarının, qohumlarının, qonşularının güvəndiyi, inandığı, əmanət etdiyi, Allahın qoruduğu halal, gözəl və böyük insan olaraq, səsi ilə Xalqının, Millətinin, dünyanın sevimli ifaçısı olmaq istəyən sənətkaram.

- Dediklərinin isbatını, yəni bütün dünyada təsdiqlənmiş bir sənətkar olduğunu nə vaxt görə biləcəyik? Bu yolda sənə dəstək olan, yardım edən varmı?

- Nə kimdənsə yardım istəyən, nə də kimədənsə nə isə gözləyənəm. Niyə Allahı qoyub, başqasına əl açmalıyam ki? Mənim nə istədiyimi Yaradan bilir, o da xeyrli olanı İnşaAllah zamanında bəxş edəcək. Yazılanı yaşayan şükran olaraq, dünəni unutmuşam, sabahı düşünmürəm, günümü ömür kimi yaşayan xoşbəxtəm. Dərk edirəm ki, Öz istədiyini yaşamaq üçün insan bu dünyada hər şeyi edib, öz istədiklərini əldə edir, amma rahatlıq tapmır, hər an qazandıqlarını itirmək qorxusu ilə yaşayır, çünki üsyankardı. Yazılanı şükr və səcdə ilə yaşayanı isə Allah imtahana və sınağa çəkməklə istədiyi insana çevirir və daha sonra hər iki dünyada bütün arzularına qovuşan bəxtəvər edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?