Tale Heydərov Parisdə sabiq deputatın qızının sərgisini təşkil etdi - FOTOLAR

img

07-03-2016 [12:16]


Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Parisdə azərbaycanlı dizayner Mənzər Hacıyevanın "Kəlağayı” butikini təşkil edib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, iki gün ərzində ticarət mərkəzində şəhər əhalisi və turistlərin azərbaycanlı dizaynerin üzərində qrifi olan kəlağayı, ipək və kəşmir yaylıqlarını tanımaq və öz aksessuarlarını tamamlamaq imkanı olacaq.

M.Hacıyeva da Azərbaycan ənənəvi baş geyimi olan "Kəlağayı”ya yeni nəfəs verərək, onun yenidən dəbə minməsinə və inkişafına öz töhfəsini verib. Azərbaycanlı dizayner öz brendini yaradaraq kəlağayını dəb aksessuarı kimi təqdim edir.

Xatırladaq ki, M.Hacıyeva Milli Məclisinin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızıdır.

Onu da qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin sədri Fövqəladə Hallar Nazirini Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR