Sayokan Döyüz sistemi üzrə II-acıq ?Novruz? Turniri baza çatdı

img

16-03-2010 [02:17]


14 mart 2010 cu il Sumqayıt şəhırində Sayokan Döyüş sistemi üzrə II-ci açıq Novruz Turniri yüksək səviyyədə baş tutdu. Turnirə dəvət olunmuş komandalardan Bakının Suraxanı, Qaraçuxur, Yasamal, Ramanı, Əhmədli, rayonları, Sumqayıt, Beyləqan, Qubadlı, Agdam, Fizuli komandaları iştirak etdi. Komandalar Sayokan döyüş sisteminin A-B sistemləri üzrə mübarizə apardılar. Komanda hesabı üzrə Sumqayıt 1-ci yer, Bakı (Kentavr) 2 -ci yer, 3-yer Suraxanı komandaları qazandı. Turnirin Açılış Mərasimində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyə və idman sektorunun mudiri Vahid Abdullayev, Dünya Azərbaycanlıları Kongresinin Gənclər təşkilatının sədri Samir Turan, Azərbaycan Milli GHT forumunun prezidenti Rauf Zeyni, və s kimi dəyərli qonaqlar iştirak etdi. Turnirin Bədii hissəsində Gənc Mügənnilər Laçın Əlizadə, Orxan Əliyev, Sumqayıt rəqs qrupu, öz milli ifalarıyla turnirə xsusi rəng qatdılar. Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: ? Yarış həmişə oldugu kimi səviyəli şəkildə baş tutdu. Yarış üçün hazırlıq işləri qabaqcadan yüksək səviyyədə qurulmuşdu. Bu dəfəki yarışımızda diqqət çəkən məqam mütləq çəkidə yarışan idmançılar idi. Eyni zamanda bu çəkiyə pul mukafatı və hədiyyələr qoyulmuşdu. Bu gərgin mübarizəni təşkil etmək qarşıda planlaşdırdıgımız beynəlxalq yarışlar üçün idmançılarımızı yüksək səviyyədə hazırlamaq məqsədi daşıyır.Bütün kollektivdən razıyam. Hamı öz işinin öhdəsindən layiqincə gəldi. Yarışda iştirak edən bütün komandalara və onların rəhbərlərinə dərin təşəkkürümü bildirirəm.? Turniri Mərkəzin Prezidenti Vasif Namazov, Vitse-prezident Rəfayıl Əliyev, Vitse-prezident Allahverdi Zamanov, Texniki Direktor Kamil Usubov, Baş Katib Emin Mirzəməmmədov, Sumqayıt Sayokan klubunun Prezidenti Asiman Abdurrəhmanov və ?Azər Eyvazov? adına Sayokan idman Klubunun Prezidenti Arzu Eyvazova tərəfindən yaradılmış Təşkilat Komitəsi həyata keçirirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA