?Unibank? Lənkəranda uzaq futbolunun inkizafına dəstək verəcək

img

15-04-2010 [01:09]


Futbol üzrə Azərbaycan çempionatına sponsorluq çərçivəsində ?Unibank? Kommersiya Bankı? ASC yeni layihəyə start verib. ?Unibank? Kommersiya Bankından verilən məlumata görə, Unibank Premyer Liqasının oyunlarında vurulan hər bir qol üçün Bankın korporativ sosial məsuliyyət proqramlarının hesabına 100 manat pul köçürüləcək. XXVII turun 6 oyununda futbolçular 14 dəfə fərqləndiklərindən, Bank tərəfindən Abşeron rayonunun Saray qəsəbəsində yerləşən internat-evinin uşaqlarına göstəriləcək yardımın məbləği ən azı 1400 manat təşkil edəcək. Bu ixtisaslaşdırılmış internatda müxtəlif yaşlı 145 uşaq yaşayır, onların hər biri əlildir və müxtəlif fiziki qüsurlardan əziyyət çəkirlər. 17-18 apreldə keçiriləcək XXVIII turun nəticələrinə əsasən, ?Unibank?ın korporativ sosial məsuliyyət proqramlarının büdcəsinə hesablanacaq vəsait isə Lənkəranda uşaq futbolunun dəstəklənməsinə və inkişafına yönəldiləcək. Xatırladaq ki, 2009-cu ilin sentyabr ayının sonundan ?Unibank? Azərbaycanın Peşəkar Futbol Liqasının (PFL) ilk Baş rəsmi sponsoru olub. PFL ilə 3 il müddətinə sponsorluq sazişi bağlayan Bank Azərbaycan futbolunun və korporativ sektorun tarixində ilk dəfə yalnız Liqanın maliyyələşdirilməsi üzrə deyil, həm də milli futbol birinciliyinin populyarlaşdırılması, aparıcı oyunçuların həvəsləndirilməsi, habelə futbolun ictimai hadisə kimi təbliği sahəsində öz üzərinə öhdəliklər götürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA