03-03-2016 [11:13]
Teleqraf.com tanınmış teleaparıcı Nanə Ağamalıyeva ilə müsahibəni təqdim edir:
- Əvvəlcə aparıcısı olduğunuz verilişdən başlayaq. "Nanəli”də istədiyiniz reytinqi əldə etmisiniz?
- Reytinq istədiyimizdən də yüksək oldu. Veriliş nəinki Azərbaycanda, həm də ölkə xaricində yaşayan tamaşaçıların sevimli proqramına çevrilib. Amerika, Hollandiya, Rusiya və başqa ölkələrdə yaşayan azərbaycanlılar bu verilişi səbrsizliklə gözləyirlər.
- Verilişinizdə tanınmışlar canlı ifa edirlər. Onları "Nanəli”də iştirak etmək üçün necə razı saldınız?
- Bu, çox çətin idi. Verilişdə xalqın sevdiyi sənətçilər iştirak edirlər. Onları bir araya gətirmək asan deyil. Amma gördülər ki, verilişdə aura gözəldir, dedi-qodu yoxdur, razı oldular. Biz sənət nümayiş etdiririk və məqsədimiz Azərbaycan musiqisini yaşatmaqdır. Bu təşəbbüskarlığa görə sənətçilərimizə də təşəkkürümü bildirirəm.
- Hansı müğənninin kaprizi var?
- Heç bir müğənninin kaprizi yoxdur.
- Siz bir çox reytinqli verilişlərin aparıcısı olmusunuz. Ən reytinqli verilişiniz hansı olub?
- Bütün verilişlərim reytinqli olub. Əslində, əksəriyyətində format eynidir. Dəsti-xətt yalnız tibblə bağlı proqramda dəyişmişdi. Ən reytinqli verilişim "Xalq parad” olub. Nəinki Azərbaycanda, hətta dünyada analoqu olmayan layihə idi. Müəllifi özüm idim. İdeya baxımından təkrar, yaxud da hansısa verilişdən oğurluq deyildi. Bu gün də televiziyada "Xalq parad” ab-havası hiss olunur.
- "Nanəli” digər verilişlərinizin formatından fərqlidir, yəni şou xarakterli deyil. Verilişdə aparıcılıq edərkən hər hansı problem yaşayırsınızmı?
- Bəli, burada da şou yaratmaq olardı. Desəm ki, verilişi apararkən çətinlik yaşamıram, yalan olar. Böyük çətinliklərimiz olub və bu gün də davam edir.
-Bir müddət aparıcı kimi fəaliyyətinizə fasilə vermişdiniz...
-Bəli, Türkiyədə təhsil alırdım.
-Sizi Türkiyədən gəldikdən sonra tamamilə başqa formatlı verilişdə gözləyirdik...
-Əslində Türkiyə formatına uyğun verilişlər etmək istəmişəm. Sadəcə o layihələri həyata keçirməyin vaxtı gəlməlidir. Türkiyədə məşhurlara "Nanəli” layihəsi haqqında danışanda bildirdilər ki, ideya baxımından maraqlı layihədir.
-Türkiyə telekanallarından təklif gəlibmi və orada fəaliyyət göstərmək istərdinizmi?
-Bilirsiniz ki, İstanbulda yaşayıram. Burda verilişlərimi çəkib ora gedirəm. Orada İsmail Koçakdan dərs alıram. Türkiyə telekanallarından çox təkliflər almışam. Bir il Türkiyədə "Kanal D”-də çalışmışam. Vətəndən uzaq xoşbəxt ola bilmirəm. Ona görə də həmişəlik Türkiyədə yaşamağı düşünmürəm. Ölkədən kənarda yaşayan xoşbəxt ailələr görmüşəm, amma qəlblərində vətən həsrəti var. O həsrəti yaşamaq istəmirəm. O elə nisgilli həsrətdir ki, onu heç nə ilə əvəz etmək olmaz. Nə böyük məbləğdə pullarla, nə bahalı avtomobillərlə, nə də villalarla...
- Türkiyədə eviniz varmı?
- Bəli, Türkiyədə evim var.
- Bir çox müğənnilərin, məsələn, Aygün Kazımovanın, Rəqsanə İsmayılovanın, Nadir Qafarzadənin Türkiyədə evi var. Onların evinə qonaq gedirsinizmi?
- Əslində, uşaqlıqdan harasa qonaq getməyi sevmirəm. Türkiyədə vaxtımı təhsil almağa sərf edirəm. Valideynlərim də mənimlə Türkiyəyə gedib gəlirlər. Buradakı həyatım eyni ilə Türkiyədə davam edir. Qonaq getməyə vaxtım olmur. Elə burda da nadir hallarda müğənnilərin evinə qonaq gedirəm.
- Tanınmış bir aparıcı kimi kaprizləriniz varmı?
- Çox məsuliyyətli insanam və kaprizim də işimdən irəli gəlir. Onu da deyim ki, əvvəllər daha kaprizli idim. Düşünürəm ki, hansısa səhv insanın taleyini həll edir. Belə bir türk sözü var: "Böyük yola yanlış insanlarla çıxmaq ən böyük yalnışlıqdır”. Bəli, bu həqiqətən də belədir. Böyük işə yalnış insanlarla çıxmaq böyük məğlubiyyətdir.
- Niyə ailə qurmursunuz?
- Hər bir insan həyatda məsuliyyət daşımalıdır. Əgər sənə inanıb, güvənirlərsə məsuliyyətli olmalısan. O məsuliyyəti hiss edəcək insan qarşıma çıxarsa ailə quraram.
- Həmkarlarınız seriallara çəkilirlər. Bəs sizin belə fikriniz yoxdur?
- Əslində, hər işin məktəbini keçməyi çox sevirəm. Bir il fəaliyyətimə fasilə verdim və Türkiyədə aktyorluq dərsi aldım. Bunda ATV kanalı dəstəyi çox böyükdür. Ona görə kanalıma təşəkkürümü bildirirəm. Filmlərdən təklif gözləyirəm. Təkliflər də olub... Bəlkə də təkliflərə məndən çox "yox” cavabı verən olmayıb. Bu sahədə də yalnız peşəkarlarla çalışmaq istəyirəm. Elə bir peşəkar komandadan təklif almadığıma görə "yox” deyirəm.
- Aparıcı kimi fəaliyyətinizə Zaur Baxşəliyevlə birlikdə başlamısınız. Yenidən sizi eyni verilişdə görə bilərikmi?
- İlkin Həsəni ilə veriliş apararam. Əslində, bütün həmkarlarımı çox istəyirəm. Niyə də olmasın? Ola bilər.
- Zaur Baxşəliyev və Nanə Ağamalıyeva ATV kanalının simasıdır…
-ATV kanalının simaları çoxdur. İlkin Həsəni və s.
- Qonşu kanallarda yayımlanan verilişləri izləyirsinizmi?
- Xeyr, izləmirəm. Çünki vaxtım yoxdur.
- Tanınmış aparıcısınız, ulduz həyatı yaşayırsınızmı?
-Heç vaxt özümü ulduz həyatına alışdırmamışam. İxtisasca həkiməm və daxilən özümü həkim hiss edirəm. Həyatda hər şey fanidir və heç nə ömürlük deyil. Heç vaxt özümü digər peşə sahiblərindən fərqləndirmək istəmirəm. Yeganə bir məhdudiyyətim var: heç kimlə görüşmürəm. Bəlkə xaraktercə bu tip insanam. Səs-küyü çox sevmirəm.
- Məşhurluğunuzu itirməkdən qorxursunuzmu?
-Bu həyatda şəxsiyyətini itirməkdən qorxmaq lazımdır, məşhurluğu yox. Təbii ki, məşhurluq Allahın bəxş etdiyi gözəl nemətdir. Kim deyə bilər ki, mən bundan narahatam. Məşhurluq insanı xoşbəxt edir. Televiziyada fəaliyyətimə iki dəfə fasilə verdim, Türkiyəyə köçdüm. O zaman məşhurluğumu itirmək qorxusu vardı. Amma elə olmadı. Ümumiyyətlə, məşhurluğu itirmək qorxum yoxdur. Bəlkə də bu özümə əminlikdən irəli gəlir. Düşünürəm ki, şəxsiyyətini itirmək daha təhlükəlidir. Məşhurluğa gedən yolda şəxsiyyətini itirən bir çox insanlar gördüm ki, indi onları xatırlayan yoxdur. Həyatda nələrəsə aludə olmaq lazım deyil, daha bəşəri, Allahın dəyər verəcəyi işlər görmək lazımdır.
-Xaraktercə depressiyaya meyilli insansınızmı?
- Xeyr, qətiyyən.
- Heç vaxt depressiyaya düşməmisiniz?
- Hər bir insan həyatı dərindən düşünsə depressiyaya düşə bilər. Bu həyata gəlirik və gedirik. Bu dünyadan hansı əməllərlə ayrılacağını düşünəndə depressiyaya düşə bilərsən. Bəli, mənim də zəif anların olub. Dolça bürcüyəm. Ancaq ağlamağımı gülməklə əvəz etməyi bacarıram.
- Son vaxtlar tez- tez saç rənginizi və imicinizi dəyişirsiniz. Bu, nə ilə bağlıdır?
- Hər zaman saçımın rəngi qara olub. Efir olmasa qara saç rənginə üstünlük verərəm. Efirə görə dəyişmək lazımdır. Saçlarımı sevirəm və düşünürəm ki, sonda yenə qara saç rəngində olacam.
- Arıqlamısınız... Formada qalmaq üçün nələr edirsiniz?
- Bəli, hamı deyir ki, çox arıqlamışam. Əslində heç vaxt kök olmamışam, əksər vaxtı çəkim 46 kq olub. Formada qalmağımı müntəzəm olaraq məşğul olduğum idmana borcluyam. Düzdür, "İnstagram”da idman zalından çəkdirdiyim şəkilləri paylaşmıram, amma mənim qədər idman edən biri yoxdur. İdman artıq həyat tərzimdir.
- Gələcəkdə sizi hansı layihələrdə görəcəyik?
- Hazırda bir layihə üzərində işləyirəm. Maksimum iki ay ərzində təqdim edəcəm.
- Şou olacaq?
-Xeyr, şou tipli olmayacaq. Eynilik məni yorub. Yaradıcılığımda başqa bir səhifə açılacaq.
Rəqsanə
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və.... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi
DAHA BİR DÖVLƏT QURUMU AAYDA-da YOXLAMA APARIR
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Sabah hava necə olacaq? - Proqnoz
Tramp: "5 iranlı idmançıya sığınacaq verildi"
Müşfiq Abbasov azadlığa çıxıb
Əli Əsədov yeni qərar imzalayıb
Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi olub
İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub
"Trabzonspor"un baş məşqçisi: "Ən vacib şey qalib gəlmək idi"
Baş nazir deputatlara hesabat verəcək
Cəbrayıl komandasına yeni baş məşqçi təyin edildi
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Qəzzada daha bir jurnalist həlak olub
Şəkidı qadın dəm qazndan ölüb.
Prezident tapşırıq verdi, İrana yardım göndərildi - VİDEO
"Sayğaclara texniki baxış, oxunma, pul yığımı, sızma və fasiləsiz iş rejimi... - "Azəriqaz"da "qul əməyi" sistemi var
"MÜHARİBƏ BÖYÜK ÖLÇÜDƏ BİTİB..." - Tramp İranla bağlı yeni mesajlar verdi, dini lider seçimini bəyənmədiyini dedi
"İranın təslim olmaqdan başqa çarəsi qalmayacaq" - ABŞ Müdafiə nazirindən müharibə ilə bağlı açıqlamalar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Almaniya XİN başçısı Ceyhun Bayramova zəng edib
İran raket Türkiyə səmasında vurulub
Putin İranın yen ali rəhbərini belə təbrik etdi: "Əminəm ki, Siz atanızın işini şərəflə davam etdirəcək və..."
58 mindən çox şagird buraxılış imtahanı verdi: 9 nəfərdə telefon aşkarlandı... - Cavablar nə vaxt elan ediləcək? (YENİLƏNİB)
Sabah yağış və qar yağacaq
Naxçıvana birbaşa uçuşlar bərpa olunub
Türkiyədə zəlzələ olub
Polis 4 nəfəri 43 kq narkotiklə saxlanılıb
Azərbaycan və İran arasında yüklərin daşınması bərpa olunub
Azərbaycan ərazisindən Ermənistana növbəti yük qatarı yola salınıb
İran mediası: yeni dini lider seçilib (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib - "Naxçıvana hücum araşdırılacaq"
Türkiyə Şimali Kiprə F-16-lar yerləşdirəcək
İran XİN başçısı Amerika mediasına danışdı: "İndi başqa bir atəşkəs istəyirsiniz?"- "Rusiya bizə müxtəlif sahələrdə kömək edir"
Ramazanın 19-cu gününün duası: imsak və iftar vaxtı
Makron İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
ABŞ səfirliyi Nəriman Axundzadəyə nəhayət, viza verdi