"Jurnalist qətli toplum üçün daha ağrılıdır" - Əflatun Amaşov (FOTO)

img

02-03-2016 [18:19]


Bu gün Mətbuat Şurasının rəhbərliyi mərhum jurnalistin məzarını ziyarət edib.

Mərhum jurnalistin məzarını ziyarət edənlər sırasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və şuranın sədr müavini, Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin üzvü, bu qurumun Bakı Regional Təşəbbüs Mərkəzinin rəhbəri Umud Mirzəyev də olub.  

Mia.az xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə Elmar Hüseynovu anım günündə "Feysbuk" səhifəsində bu sözləri yazıb:

"Bütün qətllər ağırdır. Ancaq jurnalist qətli toplum üçün daha ağrılıdır. 11 il öncə ağrı və acını yaşadıq, sarsıldıq. Allah ölkəmizə sarsıntılar, ağrı və acılar göstərməsin.

Allah rəhmət eləsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR