25-02-2016 [17:08]
"Kütləvi informasiya vasitələri cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi kimi dövlət və cəmiyyət arasında mühüm əlaqələndirici funksiya yerinə yetirir, sərbəst fəaliyyətə malik olur və ictimai dəyişikliklərdə getdikcə daha əhəmiyyətli rol oynayırlar. Bu gün KİV dövlətin sabitliyinin informasiya təminatı olmağa, cəmiyyətdə sabitləşdirici, sosial orqanizmdə hər hansı dəyişiklik törətməyə qadirdir, bu da dövlətin informasiya siyasətinin əhəmiyyətini müəyyən edir”.
Bu fikirlər "İki sahil” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin ABŞ-da nəşr olunun "Thomson Reuters” indeksli "Salmagundi Magazine - Salmagundi-a quarterly of the humanities and social sciences” adlı jurnalda "KİV dövlətin ictimai-siyasi sisteminin institutu kimi” mövzusunda dərc edilən növbəti elmi məqaləsində öz əksini tapıb.
Məqalədə qeyd edilir ki, kütləvi informasiya vasitələri dövlətin, cəmiyyətin, partiyaların, siyasi, maliyyə-iqtisadi qrupların, ayrı-ayrı şəxslərin siyasi maraqlarını ifadə etdiyindən öz təbiətləri etibarilə sosial-siyasi fəaliyyətin daha əhəmiyyətli subyektinə çevrilirlər. KİV-lər ictimai rəyə təsir göstərən, demək olar ki, ən başlıca amilə çevriləndə bu, cəmiyyətdə islahatların aparıldığı bir şəraitdə xüsusilə nəzərəçarpacaq olur. Bu səbəbdən də kütləvi informasiya vasitələri cəmiyyətdə, hər şeydən öncə dövlətin hakimiyyət strukturlarının siyasi, başqa sözlə, onun informasiya siyasətinin obyekti kimi də çıxış edir.
Elmi məqalədə bildirilir ki, bütün planet miqyasında vahid informasiya məkanının bərqərar olması müasir mərhələdə informasiya sənayesinin obyektiv zəruriliyidir. Lakin o, tarazlı şəkildə baş vermir. Bu prosesin siyasi, iqtisadi əhəmiyyəti daha az informasiya-texnoloji gücü olan ölkələrə münasibətdə diskriminasiyanın olmasını sübut edir. Lakin bu, Azərbaycana aid deyil. Bəlli olduğu kimi, 2013-cü ildə fevralın 8-də Azərbaycanın "Azerspace-1” adlanan ilk süni peyki orbitə buraxılıb. Peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə edilir. Orbitə buraxılandan sonra Naxçıvan MR də daxil olmaqla, Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, sürətli internet xidmətləri təmin olunur.
Vüqar Rəhimzadə məqalədə xüsusi olaraq qeyd edir ki, bu gün İKT Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.
İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi hədəf götürülür. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, "elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir.
Məqalədə o da vurğulanır ki, Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyələrdə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və s. aiddir.
Müəllif məqalədə həmçinin bildirir ki, XXI əsrdə informasiyanın, bio və nanotexnologiyaların elmi-texniki inqilabın əsasını təşkil edəcəyini nəzərə alan dövlət elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən modernləşdirilməsinin ən perspektivli istiqamətlərini müəyyənləşdirdi. Yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması isə Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edən əsas amillərdəndir.
Türkiyədə futbolçu və məşqçilər əlbəyaxa davaya girdi: bir futbolçu xəstəxanalıq oldu
ƏDƏBİ ELİTANIN İFLASI: O tarixi imtahandan keçə bilmədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəz rəhbəri, yoxsa tender kralı? - Səhiyyədəki əməliyyatlarla bağlı şok iddialar
Belqradda Prezidentlərin şam yeməyində “Ay Laçın” ifa olundu - VİDEO
Əliyev Serbiyada - Prezidentlər görüşüb, birgə açıqlamalar verilib (VİDEO, FOTOLAR) - Yenilənib
“Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz?" - Mehriban Əliyeva Meydan TV-nin sahibinə elə cavab verdi ki... (VİDEO) - YENİLƏNİB
"Sanki alçalaraq pul istəyirik" - Çingiz Abdullayev
"Forza Neftçi" Yevlax stadionunda "günəşlənir" - "Neftçi" "Kəpəz"i çətin vəziyyətə salıb (Yenilənib)
Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib
Sabahın hava proqnozu açıqlandı
Liseydə güllələnən müəllimədən xəbər var
İlham Əliyev Münxendəki görüşləriylə bağlı paylaşım etdi - FOTO
"Əminağa Sadıqov rektor ola bilmirsə..." - Professor elmi dərəcəsi saxta çıxan rektor əvəzi barədə yeni iddialar yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" səfərdə "Trabzonspor"a qalib gəldi
İlham Əliyev Münxendə panel iclasda - SUAL-CAVABIN TAM MƏTNİ + VİDEO, FOTOLAR (YENİLƏNİB)
Prezident erməninin sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."