PKK-nın oğurladığı "Anadolu" Agentliyinin jurnalistləri buraxıldı

img

21-02-2016 [15:02]


PKK qaçırdığı 3 jurnalisti sərbəst buraxıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat DHA agentliyində yer alıb.

Məlumata görə, Mardinin Nusaybin bölgəsində cümə günü PKK-lı terrorçular tərəfindən qaçırılan Anadolu Agentliyinin (AA) müxbirləri Rauf Maltaş, kameraçl Kənan Yeşilyurd və fotomüxbir Onur Çoban artıq sərbəst buraxılıblar.

Qeyd edək ki, Bölgədə PKK-dan icazə almadan çəkiliş etdikləri səbəbi ilə fotoaparat və kameraları əllərindən alınan jurnalistlər gizli bir yerdə saxlanılırdılar.

Qaçırılan jurnalistlər Əfqanıstan, Misir, Liviya, Tunis, Yəmən, Suriya kimi ölkələrlə yanaşı, Tükiyənin daxili savaşında da öz vəzifələrini yerini yetiriblər.

****

Türkiyənin məşhur Anadolu Agentliyinin jurnalistləri oğurlanıblar.

"Qafqazinfo” xəbər verir ki, Türkiyənin Mardin vilayətinin Nusaybin şəhərində PKK terror təşkilatının döyüşçüləri agentliyin 3 əməkdaşını tutublar.

Jurnalistlərin kamera və fotoaparatları da onlardan alınıb.

Hal-hazırda media nümayəndələrinin harada saxlanıldığı haqda heç bir məlumat yoxdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR