Prokuror 5 il iş istədi, hakim prosesi təxirə saldı - Baş redaktorla bağlı məhkəmə davam edir

img

16-02-2016 [16:02]


"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri ilə bağlı bu gün keçirilən məhkəmə prosesində qərar elan edilməyib.

Bu barədə qəzetdən Mia.az-a verilən məlumatda bildirilir ki, Yasamal rayon Məhkəməsində Hüseyn Səfərovun sədirliyi ilə keçirilən məhkəmə prosesi artıq özünün arzuolunmaz sonluğuna yaxınlaşır:

"Vergilər Nazirliyinin Şirin Cəfərinin barəsində tərtib etdiyi olduqca əsassız cərimə qərarı (71.428 manat) çıxılmaz durum yaradıb. Artıq xeyli müddətdir bununla bağlı məhkəmə gedir. 

Bu gün isə Şirin Cəfərinin vəkili Zaur Niftəliyev xəstə olduğundan prosesə qatıla bilmədi. Ona görə də  hakim Hüseyn Səfərov prosesi növbəti dəfə təxirə saldı".

Bildirilib ki, növbəti məhkəmə prosesinin 24 fevral 2016-cı il tarixdə, saat 10:20-də keçiriləcək.

Onu da bildirək ki, ötən məhkəmə prosesində prokuror Sadiq Əkbərov Şirin Cəfərinin 5 il azadlıqdan məhrum edilməsini istəyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR