Bakıda banka basqın edildi, polis yaxaladı - FOTO

img

12-02-2016 [09:05]


Bakının Binəqədi rayonunda banka basqın edilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxs rayonun Şövkət Məmmədova küçəsi 10 ünvanında yerləşən "DəmirBank"dan oğurluq etmək istəyib. Bankın arxa tərəfində olan tikilinin üstünə çıxan oğru bankın pəncərəsini sındırıb. O, içəri daxil olanda mühafizə xidmətinin siqnalizasiyası işə düşüb.

Oğru bankın birinci mərtəbəsinə düşəndə hadisə yerinə mühafizə polislərinin gəldiyi görüb, qaçmağa başlayıb. Lakin uzağa qaça bilməyib. Polis əməkdaşları onu yaxalayıb. Hadisə yerinə baxış zamanı oradan dəmir ling aşkarlanıb.

Saxlanılan şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə aparılıb.

Faktla əlaqədar başlanan araşdırmalar davam edir.

Bakıda banka basqın edildi  -  Fotolar
Bakıda banka basqın edildi  -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA