10-02-2016 [14:04]
"Yeni Sözçü” qəzeti iki yaşını qeyd etdi və bu münasibətlə bizi təbrik edən oxucularımıza, həmkarlarımıza təşəkkür edirik.
Baş redaktor kimi ötən iki ili dəyərləndirmək istərdim. Azərbaycanın milli istiqlal hərəkatının ideoloqu və Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu böyük Məhəmməd Əmin Rəsulzadə Stalinin "İki ildə xalqınıza nə verdiniz? Sualına cavab olaraq, çox şey verə bilmədik. Ancaq istiqlal dadızdıra bildik –demişdi. İndi "Yeni Sözçü” qəzetinin keçdiyi iki ili dəyərləndirməyə çalışarkən böyük Rəsulzadənin Stalinlə bu mükaliməsini xatırladım. İki ildə şox şey edə bilmədik. Ən azından qarşımıza qoyduğumuz bir çox məqsədlərə çata bilmədik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Son illər Azərbaycan yazılı mətbuatı tarixinin ən çətin günlərini yaşayır.
Qəzetlərin çap xərcinin günü-gündən bahalaşdığı bir zamanda qəzet satışı məntəqələri də sürətlə sıradan çıxarılır.
"Yeni Sözçü” qəzeti məhz belə bir zamanda nəşr olunmağa başladı. İndi geridə qalan iki ilə baxanda nə edə bildik sualına cavab olaraq deyə bilərik ki,yazılı mediaya az da olsa nəfəs verdik.
İnanıram ki, gələcək nəsillər "Yeni Sözçü”nün Azərbaycan mətbuatında yerini ilk olaraq məhz bu çür qiymətləndirəcəklər. İki ildə biz nə etdik?
Bu sualın cavabını "Yeni Sözçü” qəzetinin bu günə kimi nəşr olunmuş saylarını araşdırmaqla daha dolğun cavab vermək olar. Ancaq bəzilərinə, hətta bu saylarımızı araşdırmadan cavab verə bilərik. "Yeni Sözçü” Azərbaycanın bu gün üzləşdiyi bəzi iqtisadi problemlər, xüsusilə neft erasının başa çatmaq üzrə olması haqqında ilk saylarından xəbərdarlıq edib. Bu xəbərdarlıqlarımız eşidilməsə belə, neftin ucuzlaşacağı və bunun çox ciddi təsiri ola biləcəyi haqqında dəfələrlə yazılar dərc etməkdən çəkinməmişik. Neftin ucuzlaşması başladıqdan sonra bunun qısa müddətli olmadığı və hələ uzun müddət və bəlkə də tarix boyu belə ucuz qala biləcəyi haqqında yazmaqda davam edirik.
Ölkəmizin yerləşdiyi regionda ciddi siyasi proseslərin getdiyini, Azərbaycanın xarici siyasət kursunda seçim etməli olduğunu dəfələrlə gündəmə gətirmişik. Şimal qonşumuzun təcavüzkar xarici siyasətinin hərbi müdaxilələrlə müşaiyyət olunmasını, Rusiyanın NATO ilə qarşıdurma yolunu seçdiyini və bu halda rəsmi Bakının ABŞ, Avropa Birliyi, Türkiyə ilə Rusiya arasında seçim etməli olduğunu dəfələrlə yazmışıq. Rusiyanın 1921- ci il Qars müqaviləsini qüvvədən salmaq niyyətinə düşməsi də Azərbaycanın seçim etmək, özünə müttəfiqlər tapmaq məcburiyyətində olduğu haqqında bu günə kimi yazdıqlarımızı təsdiq edir. Azərbaycanın böyük problemlərini, onu gözləyən təhlükələrdən yazarkən ölkədaxili problemləri də unutmadıq. Azərbaycanın ən böyük bəlalarından birinə çevrilmiş korrupsiyanın ifşasına öz tövhəmizi verməkdən çəkinmədik.
Azərbaycan mətbuatında bəlkə də ilk dəfə olaraq "Yeni Sözçü” qəzeti kənd təsərrüfatının inkişafı üçün ayrılan subsidiyaların kütləvi mənimsənilməsi ilə bağlı hərtərəfli araşdırma apararaq bir neçə rayonda buğda və çəltik istehsalçılarına verilən subsidiyanın faktiki korrupsiya sxemi olduğunu ortaya çıxardı. Həmin araşdırmalar o qədər əsaslı idi ki, şübhə altına belə alına bilmədi. İki ildə haqqını arayan hər kəsə təmannasız tribuna olduq. Bunun nəticəsidir ki, hansısa maddi-texniki problem səbəbindən qəzetimizin bir sayı dərc olunmayanda ölkəmizin müxtəlif regionlarından oxucularımız zəng edib, qəzetin niyə dərc olunmadığı ilə maraqlanırlar.
Bu, həm də "Yeni Sözçü”nün regionların problemlərinin işıqlandırılmasına üstünlük verməsinin nəticəsidir. İki ildə nələr edə bilmədik?
Çox şey edə bilmədik. Ən başlıcası qəzetin dövrülüyü ilə bağlı planlarımız hələ də arzu-istək olaraq qalır. Qəzetin dövrülüyünü artıra bilməməyimiz hadisələrə vaxtında və operativ reaksiya verməyimizi mümkünsüz edir. Xüsusilə onlayn medianın sürətlə inkişaf etdiyi bir zamanda həftəlik qəzetin operativ informasiya vasitəsi olması mümkünsüz hala gəlir. Gündəlik qəzetlə bunun az-çox öhdəsindən gəlmək mümkün olursa da, həftəlik qəzetlə informasiya yayımında ciddi uğur qazanmaq mümkün deyil. İki ildə nəyi sübut edik?
"Yeni Sözçü” oxucularına sadiq qaldı və birgə keçirilən iki il bizə güc verir ki, qəzetin nəşrə başladığı zaman qarşısına qoyduğu məqsədlərə çatmağına inanaq. Bu inamı ötən iki ildə bizə dəstək olan oxucularımız verir. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edir, "
Yeni Sözçü”nün sədaqətli oxucuları qarşısında hörmətlə baş əyirəm.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü” qəzetinin baş redaktoru

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək