Peterburqda azərbaycanlının "Porsche"sindən silah-sursat tapıldı

img

09-02-2016 [13:12]


Rusiyanın şimal paytaxtı hesab edilən Sankt Peterburqda azərbaycanlılar saxlanılıb.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Krasnoselsk rayonunda qeydə alınıb.

Polis yüksək sürətlə hərəkət edən bahalı maşını - "Porsche Cayenne"ni saxlayıb. Sürücü bu zaman piyadalara yol verməyib. Maşında 50 və 31 yaşlı Azərbaycan vətəndaşları, eləcə də 44 yaşlı peterburqlu bir kişi olub.

Məlumata görə, 31 yaşlı sürücü maşını saxlamaq istəyən polisə müqavimət göstərib, təhqir edib. Maşında aparılan axtarış zamanı onun nə üçün avtomobili saxlamaq istəməməsinin səbəbi bəlli olub. Belə ki, polis lüks maşında qeydiyyatsız silah və döyüş sursatı aşkar edib.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb. "Maşında olan 3 nəfər ərazi polis idarəsinə aparılıb. Onların silah saxlamaq üçün icazələri olmayıb", - deyə polis idarəsindən bildirilib. Maşında olan 3 nəfər əvvəl məhkumluq həyatı yaşayıb.

Adıçəkilən şəhərdə azərbaycanlı ilə bağlı sonuncu hadisə bir müddət öncə baş verib. ANS PRESS-in məlumatına görə, Sankt-Peterburqun Vasilyevski adası adlanana ərazisində azərbayacanlı kişi özünün rus arvadını oğurlayıb.

27 yaşlı Aleksandra kafelərdən birində 3 kişi tərəfindən oğurlanıb. Naməlum şəxslər onu zorla çalışdıqları kafedən çıxararaq "QAZ 32410" markalı maşına mindiriblər. Daha sonra naməlum istiqamətdə gediblər.

Qaçırılan qadının anası istintaqa açıqlamasında deyib ki, onlardan biri Aleksandranın azərbaycanlı olan 33 yaşlı həyat yoldaşı olub. Bundan iki həftə öncə o Valxove şəhərində 9 yaşlı övladlarını da qaçırmışdı. O, qızı ilə danışığında öyrənə bilib ki, kürəkəni 9 yaşlı oğlan nəvəsini Azərbaycana keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA