Məktəbdən evə gedərkən qaçırılan müəllimədın yeni xəbər

img

09-02-2016 [13:09]


Ağcəbədidə məktəbdən evə gedərkən qaçırılan müəllimənin yeri məlum olub. 

Qaçırılan Fəridə Ağayevanın ailə üzvlərinin AzNews.az-a verdiyi məlumata görə, polis əməkdaşları müəllimə ilə Nadir Ağayevin yerini müəyyən edib. Dindirilmə zamanı F.Ağayeva könüllü qoşulub gəlmədiyini deyib. Bu səbəbdən də F.Ağayeva öz ailəsinə təhvil verilib. 

Adam oğurluğuna görə, N.Ağayevə Ağcabədi Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3(adam oğurluğu) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, Ağcabədidə yerləşən 3 saylı məktəbdə müəllimə işləyən F.Ağayeva evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb. Qızın qaçırıldığını görən qardaşı mane olmaq istəsə də, öz qohumu Nadir və yanında olan şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA