İTV-nin əməkdaşının bacısı intihar etdi - Təfərrüat (FOTO)

img

09-02-2016 [11:31]


Dünən Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə özünü asmaqla intihar etməsinin təfərrüatı üzə çıxıb. 

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Vahabova jurnalist, İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır. A.Vahabova bacısının ölümü ilə bağlı sosial şəbəkədi səhifəsində status yazıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA