Bakıda dəhşətli qətl – Babası 16 yaşlı nəvəsinin cinsiyyət orqanını kəsdi

img

08-02-2016 [19:45]


16 yaşlı gənc babası tərəfindən amansızlıqla qətlə yetirilib.

Mia.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. 2000-ci il təvəllüdlü Bayramov Tural Mübariz oğlu Bakıda qətlə yetirilsə də o, Ağdam rayonunun Çəmənli kəndində dəfn olunub.

T.Bayramovun ölümündə babası Rafiq Bayramov şübhəli bilinib və saxlanılıb. Hazırda Çəmənli kənd məzarlığında Tibbi Ekspertiza qrupu meyitə baxış keçirir.

T. Bayramovun amansızlıqla qətlə yetirildiyi, qulağının, burnunun, dodağının və cinsiyyət orqanının kəsildiyi deyilir. Hazırda təqsirləndirilən şəxs Ağdam rayon Polis Şöbəsində Binəqədi rayon Prokurorluğunun əməkdaşları tərəfindən dindirilir.

Cinayətin baş vermə səbəbləri araşdırılır.

Ziya

***
19:30

Ağdamda babanın 16 yaşlı nəvəsini qətlə yetirməsinin təfərrüatları məlum olub.

AzNews.azAPA-ya istinadən xəbər verir ki, Ağdam rayonunda araşdırma aparan Binəqədi rayon prokurorluğunun əməkdaşlarının şübhəli şəxs qismində saxladığı Rafiq Bayramov törətdiyi cinayəti etiraf edib.

R. Bayramov izahatında qeyd edib ki, nəvəsi Tural Bayramovu bacısına sataşdığı üçün qətlə yetirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA