"Qızıl Məryəm"in daha bir qatili yaxalandı

img

08-02-2016 [16:06]


Yanvarın 5-də yaşadığı mənzildə Məryəm Namidzadəni (Qızıl Məryəm) bıçaqla qətlə yetirən Bakı şəhər sakini, 19 yaşlı Ceyhun Əsgərov tutulub. 
 
Kəpəz TV (Region TV) xəbər verir ki, C.Əsgərov izahatında evdən yalnız 120 manat pul götürdüyünü bildirib. 
 
Araşdırmalar zamanı qətlin mərhumun qızı 28 yaşlı Günel Hüseynovanın və bacısı oğlu 28 yaşlı Nicat Eyvazovun sifarişi ilə törədilməsi müəyyən edilib.   
 
Qeyd edək ki, Günel Hüseynova və Nicat Eyvazov tutulub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA