08-02-2016 [15:17]
Bu gün səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarına, o cümlədən Xəzər və Qara dəniz donanmalarının qüvvələrinə 1 nömrəli döyüş hazırlığı əmri verib.
Virtualaz.org "İnterfaks”a istinadən xəbər verir ki, döyüş hazırlığının qəfil yoxlanılması əmrinə əsasən hava-desant qoşunlarnın və nəqliyyat aviasiyasının əlahiddə hissələri də poliqonlara çıxarılacaq.
"Ali baş komandanın əmrinə əsasən bu gün səhər saat 5-dən Cənub hərbi dairəsinin qoşunları, hava-desant qoşunlarının əlahiddə hissələri, hərbi-nəqliyyat aviasiyası "tam” döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmin saatdan etibarən biz Cənub-Qərb strateji istiqamətində qoşunların qəfil döyüş hazırlığı yoxlanışını həyata keçiririk”- deyə, müdafiə naziri Sergey Şoyqu bu barədə bildirib.
Cənub hərbi dairəsinin tərkibinə Rusiyanın Ermənistandakı 102-ci bazası, o cümlədən İrəvan yaxınlığındakı aviabazası, Gürcüstanın Cənubi Osetiya və Abxaziya separatçı bölgələrində dislokasiya olunmuş qoşunlar, Azərbaycanla sərhəd regionlarda dislokasiya olunmuş qüvvələr, o cümlədən Dağıstan və Krasnodarda cəmləşdirilmiş qoşunlar daxildir.
Müdafiə naziri deyib ki, qəfil yoxlamanın məqsədi müxtəlif xarakterli böhranlı vəziyyətlərdə qoşun hissələrinin döyüş qabiliyyətini yoxlamaqdır. Qəfil manevrlər çərçivəsində aviasiya qüvvələrinin və hava-hücumundan müdafiə qoşunlarının döyüş hazırlığı da yoxlanılacaq. Şoyqu poliqonlara "praktiki bombalama” tapşırıqlarının yerinə yetirilməsinə hazır olmaq əmri verib.
Manevrlər çərçivəsində əlahiddə desant hissələri poliqonlara daşınacaq. Hərbçilər havadan desant atılmasının müxtəlif variantlarını sınaqdan keçirəcək. Xəzər və Qara dəniz donanmalarının gəmiləri də dəniz poliqonlarına çıxarılacaq. Onlar təyin olunmuş rayonlarda praktiki vəzifələrin yerinə yetirilməsini sınaqdan keçirəcəklər.
Manevrləri yoxlamaq üçün silahlı qüvvələrin Baş qərargahında iki işçi qrup yaradılıb. Müdafiə nazirinin müavini Antonov isə xarici dövlətlərin hərbi attaşelərini qəfil manevrlər barədə məlumatlandırmaq əmri alıb.
Rusiya prezidenti bundan əvvəl də qoşun hissələrinin bu cür qəfil yoxlanışını həyata keçirib. Hər dəfə Rusiya ordusunun qəfil manevrləri NATO-da və Qərbdə narahatlıqla izlənilir.
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR