Azərbaycanda jurnalistin qardaşları ağır qəzaya düşdülər, biri vəfat etdi

img

08-02-2016 [10:33]


Bu gün səhər saatlarında Quba rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Yol qəzasına düşən avtomobildəki sərnişinlərdən Anar Akif oğlu Ağayev dünyasını dəyişib, onun qardaşı Arzuman Akif oğlu Ağayev ağır vəziyyətdə Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hər iki şəxs Modern.az saytının əməkdaşı Ağa Akifoğlunun qardaşlarıdır. Dünyasını dəyişən A.Ağayev ailəlidir, iki övladı var.

Quba Rayon Mərkəzi Xəstəxanasının Qəbul şöbəsinin həkiminin Modern.az saytına verdiyi məlumata görə, Anar Ağayev xəstəxanaya daxil olarkən vəfat edib, digər qardaş Arzuman isə sağ budun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.

Allah rəhmət eləsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA