Polisin saxladığı şəxs ikinci cəhd də - xəstəxanada canına qıydı

img

04-02-2016 [18:06]


Balakəndə intihar hadisəsi baş verib.

Hadisə bu gün Balakən rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan, rayonun Katex kənd sakini, 1982-ci il təvəllüdlü Əziz Əliağa oğlu Əhmədov 3-cü mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Ə. Əhmədov Katex kəndində vətəndaşların mülklərini yandırmaqda təqsirli bilinərək bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb. O, polis şöbəsində kəsici alətlə özünə xəsarət yetirərək intihara cəhd edib. Lakin cəhdin qarşısı alınıb və o, xəstəxanaya yerləşdirilib. 

Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA