"Əlindən nə gəlirsə, yoxlasın, görsün bacarırmı?" - Qəzetdən xalq artistinə kəskin cavab

img

03-02-2016 [17:53]


"İlhamə Quliyeva yaşlı qadındır. O, tez-tez müxtəlif fikirlər səsləndirir. O, ahıl qadındır. Ahıl vaxtlarında, görünür, onda nə isə proseslər gedir.”

Bu sözləri Avropa.info-ya İlhamə Quliyevanın "Yeni Müsavat” qəzetinin rəhbərliyini həbs etdirməklə hədələməsinə münasibət bildirərkən qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan deyib.

Azər Ayxan daha sonra sözlərinə belə davam edib: "Yaşlı-başlı adamdır. Biz ona nə deyə bilərik ki?! İndi biz işimizi-gücümüzü atıb, onunla danışası deyilik ki”.

"Bəs, siz necə düşünürsünüz, İlhamə xanım "Yeni Müsavat” qəzetinin rəhbərliyinin mütləq cinayət məsuliyyətinə cəlb olunacağını deyir. Sizcə, o, sizi həbs etdirə bilərmi?” sualına isə jurnalist belə cavab verib:

"Vallah, nə deyim. Əlindən nə gəlirsə, yoxlasın, görsün bacarırmı? Yoxlasın görsün "Yeni Müsavat”a nə isə edə bilərmi?”.

Xatırladaq ki, "Yeni Müsavat” qəzetinin İlhamə Quliyevanın hazırda həbsdə olan köməkçisi Mehriban Hüseynovanın məktubunu dərc etməsi səbəbilə xalq artisti bunun cinayət olduğunu demiş və qəzetin rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR