Bələdiyyə sədrinin oğlu adam vurdu - Mingəçevirdə olay

img

03-02-2016 [15:30]


Mingəçevir şəhər bədəliyyəsinin sədri Coşqun Abdullayevin oğlu Aqşin Abdullayev maşınla adam vurub.

Ölkə.az-ın məlumatına görə, hadisə bu gün baş verib. Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Qələndər qızı xəsarət alıb. Qadın şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

***

Mingəçevir şəhər bələdiyyəsinin sədrinin oğlu Aqşin Abdullayevin maşınla vurduğu Quliyeva Sevinc Qələndər qızı xəstəxanadan evə buraxılıb.

Bu barədə Ölkə.az-a Mingəçevir şəhər mərkəzi xəstəxanasının qəbul şöbəsindən məlumat verilib. 

Bildirilib ki, Quliyevanın xəsarətləri yüngül olduğundan ona ağrıkəsici iynələr vurulub və evə getməsi məsləhət görülüb.

Xatırladaq ki, sözügedən hadisə bu gün baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA