ANS-MTRŞ davasında daha bir məhkəmə qərarı - Qərar ləğv olundu

img

03-02-2016 [12:24]


Bakı Apellyasiya Məhkəməsində ANS müstəqil Yayım Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.
 
Məlumata görə, məhkəmə şikayət üzrə qərar qəbul edib. Qərara əsasən, iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, MTRŞ ANS-in inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə qərar qəbul edib. ANS həmin qərardan Səbail rayon Məhkəməsinə şikayət edib. Lakin məhkəmə şikayəti təmin etmədiyindən, şirkət apellyasiya şikayəti verib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR